BU GÜN 1 İYUN UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜDÜ.



       Bu gün ölkəmizin hər yerində olduğu kimi Ağdaş Regional Mədəniyyət idarəsinin, Zərdab Mədəniyyət Mərkəzinin tabeliyində olan rayon, 2 saylı  Bıçaqçı kənd      M.K.S- də  bu günə həsr edilmiş  geniş tədbir  təşkil edilərək keçirilmişdir. Filialın müdiri İradə xanım Abışovanın rəhbərliyi və təşkilatçılığı ilə baş tutan tədbirdə müxtəlif rənga-rəng əyləncəli səhnəciklər göstərilmiş, vətənpərvərlik mövzusunda musiqilər  oxunmuş, şerlər deyilmişdir.Tədbirin sonunda, filial müdiri tərəfindən tədbirdə iştirak edən uşaqlar müxtəlif  hədiyyələrlə təbrik edlmişdlər. İradə xanımın bu addımı, ərazidə yaşayan kənd sakinləri və valideyinlər tərəfindən yüksək qiymətləndirilmişdir. Və onlar onuda əlavə etmişlər ki, Ağdaş Regional Mədəniyyət idarəsinin Zərdab Mədəniyyət Mərkəzinin  2 saylı Bıçaqçı kənd kitabxana filialının filial müdiri İradə xanım Abışova  həmişə belə tədbirlər təkil edir, istər böyüklərin, istərsədə uşaqların  kitab oxumağa maraqlı  olması  üçün daima maarifləndirici söhbətlər və görüşlər keçrir. Bu da istər böyüklərdə,  istərsədə uşaqlarda  kitaba olan  marağı  artırır və gələcəyə savadlı vətəndaş kimi böyüyürlər. Bizdə öz növbəmizdə İradə xanıma bu nəcib işində uğurlar arzulayırıq. 


MEHMAN MƏMMƏDOĞLU

Hiç yorum yok:

Yorum Gönder

Pages