Ötən yazımda da bu fahişəxana haqqında məlumat vermişdim.Söhbət Bakı Ələt Astata yolunun Biləsuvar rayon ərazisindən keçən hissəsində yeməkxana adı altında fəaliyyət göstərən fahişəxanadan gedir. Bura ,YEMƏKXANA" adı altında işləyib Fahişəxana kimi fəaliyyət göstərən məkandır.Məkanın sahibi isə Leyli adlı məhşur faişəxana sahibidir. Bu yeməkxananın iş fəaliyyətidə, sahibinin kimliyidə məlum. Bəs görəsən niyə Biləsuvar rayon polis şöbəsi və digər adiyyatı qrumlar Leylinin faişəxanasının fəaliyyətin dayandırılması barədə qərar qəbul edib, tədbir görməkdə acizlik nümayiş etdirirlər.Bəlkə Biləsuvar rayon polisləri nəyinsə xatirinə Leyli barədə tədbir görə bilmirlər.Mən biləni Biləsuvar rayon Polis şöbəsinin rəisi cənab Nəsib müəllim işində çox ciddi olmaqla işini bacaran və işinin öhdəsindən gələn təcrübəli bir polis rəisidir. Amma cənab Nəsib müəllimin Leyli qarşısında aciz qalması heç mənə çatmır. Məncə Biləsuvar rayon Polis rəisinə ya yalan məlumat verilir ki orda helə məkan fəaliyyət göstərmir,yada cənab rəisə yalan məlumat verirlər ki, ora faişəxana kimi yox "AİLƏVİ" restaran kimi fəaliyyət göstərir. Yəni təcrübəli polis rəisi bu ağ yalana inanar? Məncə yox.Nə isə. Bundan başqa mənədə maraqlıdı bəs bəhs etdiyimiz məkan kimlər gəlir? Bizim apardığımız müşahidə zamanı həmin məkana bir neçə yük maşının sahiblərinin gəldiyini gördük. Onlarda günün çox hissəsin yollarda olduqları üçün həmin ünvanda çay içmək adı altında Leylinin tabeçiliyində olaraq, bədənini satan qızların xidmətindən istifadə etmək istəyənlərdi. Leylidə sahibi olduğu faişəxanada bədənin satıb pul qazanan qızlardan aldığı mundar pullarla bir çoxlarını susdurmağa nail ola bilir. Hətta özünə havadarlıq edənlərdə tapır. Görəsən bu acınacaqlı olanları ört bastıq etmək şərəfli polis adına xələl gətirmirki? Ölkə başçımızın, Nazir və komitə sədrlərinin cənuba rayonlarına getdikləri yolun 5 addımlığında yerləşən bu faişəxananın fəaliyyətinə göz yummaqla Nəsib müəllim çox ağır bir yükü öz çilərinə götürmüş olur. Bəs görəsən Leyli sahibi olduğu əxlaqsız yuvasında bədənini satıb pul qazananların pulu nə qədər şirindiki Leyli bu çirkli pullarıa özünə havadar tapır, bəzi polis adına laiq olmayanları susdurmağı da bacarır.Hələ bu azmış kimi həmin faizəxanada, antisanitariya baş alıb gedir. Hətta sözügedən yemıkxanada heç normal yuyunmaq üçün şəraitdə yoxdur. Hər gün bir neçəsilə intim münasibətdə olub bədənini satıb pul qazananlar üçün heçdə maraqlı deyil ki, kimisə sabah xəstəliyə tutula bilər. Təki Leyli və onlar üçün pul olsun həmin pullarla kimlərisə susdura bilsinlər. Bundan başqa ötən yazıda da qeyd etmişdim ki, burada bədənin satanların heç birinin tibbi müainədən keçmələrini təsdiq edən sənədləridə yoxdur.Bu azmış kimi burada heç gigenik qaydalara da əməl edilmir. Burda heç dizinfeksiya işləri də aparılmır ki bəlkə bəzi xəstəliklərin qarşısı almaq ola. Və nəticədə xəstəliyin tüğyan etdiyi bir vaxtda belə yerlərdən istifadə edənlərin sağlamlıqları təhlükədə qalır. Bu acınacaqlı mənzərə Leyli ilə yanaşı deyəsən heç havadarlarını da narahat etmir. Mən burdan üzümü Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayətə Eyvazova tutaraq soruşmaq istəyirəm Cənab nazir. Sizin uğurlu fəaliyyətinizə Biləsuvar rayon Polis şöbəsinin rəisi Nəsib müəllimin və onun tabeçiliyində olan zabit və polis nəfərlərin yarıtmaz xidməti xələl gətirmir ki? Və onların məhz bu sahədə işlərinin öhdəsindən gələ bilməmələri, hələ bu azmış kimi Leyli kimilərinə onların havadarlıq etmələrinə nə ad vermək olar? Bunun bir adı var dövlət qanunlarını şəxsi maraqlarına qurban vermək.Niyə qonşu İmişli, Saatlı rayonlarında belə məkanlar yoxdu məhz Nəsib müəllimin rəis olduğu Biləsuvar rayonda yetərincədi. Demək burdan belə qənaətə gəlmək olur ki, Biləsuvar rayon polis şöbəsində bu sahəyə maraqlı olanlar var. Mövzuya qayıdacağıq. MEHMAN MƏMMƏDOĞLU
BİLƏSUVAR RAYON POLİSİ FAHİŞƏXANA SAHİBİ LEYLİNİN ÖHDƏSİNDƏN NİYƏ GƏLƏ BİLMİR?
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder