Azərbaycan Respublikasının əməkdar artisti Nicat Mirzəziz oğlu Kazımovun ad günüdür.



Bakmiltv.info xəbər verir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru,
quruluşçu rejissor, Azərbaycan Respublikasının əməkdar artisti Nicat Mirzəziz oğlu Kazımovun ad günüdür.Can sağlığı arzu edirik💯
Təbriklər🎂

17 iyun 1972-ci ildə Dəvəçidə doğulub. 26 iyun 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin "Dram teatrı və kino aktyorluğu" fakültəsini bitirib.
01 oktyabr 1993-cü ildən Gənc Tamaşaçılar teatrında aktyor, 2006-cı ildən isə həm də quruluşçu rejissor kimi fəaliyyət göstərir. 2000-ci ildə “Ələddinin sehrli tamaşasına görə ilin rejissoru seçilmişdir. Hazırladığı “Pəri Cadu” tamaşasına görə “Zirvə” mükafatına layiq görülmüşdür. Bir çox Beynəlxalq Festivalların iştirakçısı olmuşdur. Gənc Tamaşaçılar Teatrında oynadığı tamaşaların sayı 60-ı keçib, 20-dən çox tamaşaya və bir çox dövlət tədbirlərinə quruluş verib. Uzun müddət ölkənin müxtəlif telekanallarında aparıcı işləyib.
2013-cü ilin iyun ayının 25-də Əməkdar Artist fəxri adına layiq görülmüşdür.
2014-cü ilin dekabr ayında Nicat Kazımov “Tarixin canlı səhifələri” I və II Gənclər Festivallarında rejissor işinə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplomuna layiq görülmüşdür.
2015-ci ilin iyul ayında N.Kazımov “Ən yaxşı rejissor işi” (uşaq tamaşaları üzrə) nominasiyası ilə teatrın təsis etdiyi “Sima” mövsümi mükafatı ilə təltif olunmuşdur.
2018, 2019, 2021-ci illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kral ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq təşkil edilən “Vindzor Kral Atçılıq Şousu”nun (“Royal Windsor Horse Show”) Azərbaycan heyətinin çıxışına quruluş verdiyinə görə Nicat Kazımov Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub.
2019-cu ildə Azərbaycan Respublikası Sərhəd mühafizəsinin 100 illiyi (1919-2019) yubiley medalı ilə təltif edilib.
2018-2022-ci illərdə Prezident mükafatına layiq görülmüşdür.

Quruluş verdiyi əsas tamaşalar:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı:

1. “Tık-tık və Tuk-tuk”
2. “Cənnətin 3 alması”
3. “Qırmızı papaq”
4. “Koşkin dom”
5. “Ələddinin sehirli çırağı”
6. “Xeyir və Şər”
7. “Ana qaz”
8. “Ah qadınlar, qadınlar..”
9. “O jenşinı, jenşinı...”
10. “Zoluşka”
11. “Pəri Cadu”
12. “Çəkməli pişik”
13. “Pişiyin evi”
14. “Yatmış gözəl”
15. “Balaca əjdaha”
16. “Yaz olmayacaq”
17. “Qar adam”
18. “Küpəgirən”
19. “Madaqasqar”
20. “Şəngülüm, Şüngülüm, Məngülüm”
21. “Mauquli”
22. “Çirkin ördək balası”
23. “Danışan gəlincik”
24. “Qoğal”
25. “Qoca Kloun”
26. “Şahzadeyi Xəzər”
27. “Leyli və Məcnun”
28. “Bremen musiqiçiləri”
29. “Tanrıya 14 məktub”
30. “Möcüzəli pillələr”
31. “Sindibad” rok opera
32. “Öldür beni ayolcum” Moldova
33. “Öldürsənə məni canikom”
34. “Sarı gəlin”

Quruluş verdiyi tədbirlər:

1. Tələbə baharı – Şəki
2. Tələbə Baharı – Quba
3. Tələbə Baharı – “1001 GECƏ”
4. Tələbə Baharı – “Ələddinin sehrli çırağı”
5. Tələbə Baharı – “NƏSİMİ”
6. Tələbə Baharı – “MƏLİKMƏMMƏD”
7. Tələbə Baharı – “NİZAMİ” Film tamaşa
8. Tarixin canlı səifələri – Şəki
9. Tarixin canlı səifələri – Suraxanı
10. Tarixin canlı səifələri – Lənkəran
11. Tarixin canlı səifələri – Gəncə
12. Tarixin canlı səifələri – Qax
13. “NAR” bayramı – 1
14. “NAR” bayramı -10
15. Mingəçevir Şəhərinin 60 illiyi
16. Milli irs “NOVRUZ”- Suraxanı
17. “İDEYA VAR”
18. VİNDSOR KRAL ATÇILIQ ŞOSU – 2018
19. VİNDSOR KRAL ATÇILIQ ŞOSU – 2019
20. VİNDSOR KRAL ATÇILIQ ŞOSU – 2021
21. VİNDSOR KRAL ATÇILIQ ŞOSU – 2022
22. Şuşada Mədəni irs Qarabağ atları və Rəqs şousu (H.Əliyev Fondu)
23. 1-ci Beynəlxalq Kulinariya festivalı (H.Əliyev Fondu)
24. 2-ci “Vaqif” Poeziya günləri “Əsrlərin sədası” (H.Əliyev Fondu)
25. Mikloş Radnotinin yaradıcılıq gecəsi (Türk mədəniyyət Fondu)
26. Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi
27. “Sokar” 100 illik
28. “Sokar AQŞ” 100 illik
29. F. Köçərli adına kitabxananın yubileyi

Akademik Milli Dram Teatrı:

1."Kabuslar" - (E.Filippo)
2."Məlikməmməd" (Nicat Kazımov)
3."Zorən şorgöz" - (Rey Kluni)
4."Kölgə" (Y.Şvarts)

Akademik Milli Dram Teatrı: (aktyor kimi)

1. Riçard Uilli - ("Zorən şorgöz" Rey Kluni)
2. Məxfi məsləhətçi - ("Kölgə" Y.Şvarts)
3. “Kabuslar”
4. “Kölgə”
5. “Zorən Şorgğz”
6. “Məlikməmməd” (2012)
7. “Sindibad”
8. “Filumena Marturano”
9. “QAĞAYI”
10. “Məlikməmməd” (2022)
11. “Göyçək Fatma”

Əsas rolları:

1. “KVAKSAFON” – İNTELİGENT (DPT)
2. “NAĞARAÇILAR” – SOLİST (DPT)
3. “VƏTƏNPƏRVƏRLƏR” – BAYRAQDAR (DPT)
4. “3 BADAM, 1 QOZ” – BADAM (DPT)
5. “ŞAR NASOS” – NASOS (DPT)
6. “ŞƏRQ NAĞILI” – QULDUR (DPT)
7. “ŞƏNGÜLÜM, ŞÜNGÜLÜM, MƏNGÜLÜM” – MONO TAMAŞA
8. “ŞƏNGÜLÜM, ŞÜNGÜLÜM, MƏNGÜLÜM” – KEÇİ BANU (DPT)
9. “TIQ-TIQ VƏ TUK-TUK” – TUK-TUK (GTT)
10. “SİRLİ DƏYİRMAN” – ŞAH (GTT)
11. “4-CÜ TƏCAVÜZ OLMAYACAQ” – ÇİNGİZ MUSTAFAYEV (GTT)
12. “MƏHƏBBƏT BİR BƏLADIR” – ÖMƏR İTMƏZ (GTT)
13. “BULAQ ƏHVALATI” – ÇETİN BƏY (GTT)
14. “MƏNİM AĞ GÖYƏRÇİNİM” – PRAKUROR (GTT)
15. “MAHMUD VƏ MƏRYƏM” – SOFİ (GTT)
16. “ÖLÜM HÖKMÜ” – PARTKOM (GTT)
17. “AĞ DƏVƏ” – İBADULLA (GTT)
18. “MƏHV OLMUŞ GÜNDƏLİKLƏR” – SAVALAN (GTT-nın Rus bölməsi)
19. “ŞAHZADƏNİN AD GÜNÜ” – ŞAHZADƏ (GTT-nın Rus bölməsi)
20. “LYUSKA” – BALACA (GTT-nın Rus bölməsi)
21. “PİŞİYİN EVİ” – TƏKƏ (GTT-nın Rus bölməsi)
22. “ZOLUŞKA” – KRAL (GTT-nın Rus bölməsi)
23. “HİND NAĞILI” – NADAY (GTT-nın Rus bölməsi)
24. “ADSIZ” – İBİL (GTT-nın Rus bölməsi)
25. “QARIŞQA ŞILLAĞ ATDI” – PƏHLƏVAN (GTT)
26. “ƏLLƏM-QƏLLƏM” – ƏHMƏD (GTT)
27. “ƏLƏDDİNİN SEHİRLİ ÇIRAĞI” – ƏLƏDDİN (GTT)
28. “ƏLƏDDİNİN SEHİRLİ ÇIRAĞI” – QARA CADUGƏR (GTT)
29. “CƏNNƏTİN 3 ALMASI” – QARA DİV (GTT)
30. “AH QADINLAR, QADINLAR...” – ADİL (GTT)
31. “NƏNƏNİN KƏLƏYİ” – NAMİQ (GTT)
32. “O DA MƏNƏM BU DA” – BUQƏLƏMUN (GTT)
33. “QAYIDIŞIN MÜBARƏK” – GƏNC (GTT)
34. “ANA QAZ” – NAĞILÇI (GTT)
35. “XEYİR VƏ ŞƏR” – XEYİR (GTT)
36. “ŞAHZADEYİ XƏZƏRİN NAĞILI” – OXAY (GTT)
37. “PƏRİ CADU” – İBLİS (GTT)
38. “BÜLLUR SARAYDA” – BAYANDUR (GTT)
39. “ROMEO VƏ CULYETTA” – TİBALT
40. “QOCA KLOUN ” – PEPPİNO (GTT)
41. “LEYLİ VƏ MƏCNUN” – AXSİTAN-MƏCNUNUN ATASI (GTT)
42. “KÖLGƏ” - MƏXVİ MƏSLƏHƏTÇİ (MADT)
43. “KÖLGƏ- BAŞ NAZİR (MADT)
44. “ZORƏN ŞORGÖZ” – RİÇARD UİLLİ (MADT)
45. “FİLUMENA MARTURANO” – DOMENİKO SARİANO (MADT)
46. “QAĞAYI” – TRİQORİN (GTT)

Hiç yorum yok:

Yorum Gönder

Pages