Avropa Oyunları: Azərbaycan medal sıralamasında 5 pillə geriləyib



Polşada keçirilən III Avropa Oyunlarının beşinci günündən sonra Azərbaycanın aktivindəki medalların sayı dəyişməyib.

Bakmiltv.info xəbər verir ki, ölkə 2 qızıl, 1 gümüş və 2 bürünc medalla ümumi sıralamada 5 pillə geriləyərək, 15-ci sıraya enib.

İlk "4-lük"də də dəyişiklik baş verib. Medal əyarına görə sıralamaya əvvəlkitək İspaniya (13 qızıl, 8 gümüş, 8 bürünc) başçılıq edir. İtaliya (11 qızıl, 12 gümüş, 15 bürünc) ikinci pillədəki yerini qoruyub. Ukrayna 3-cü (9 qızıl, 6 gümüş, 3 bürünc), Almaniya (8 qızıl, 9 gümüş, 5 bürünc) isə 4-cü sıraya yüksəlib.

İndiyədək ümumilikdə 38 ölkə medal qazana bilib.

Qeyd edək ki, Azərbaycan yığması medallarını 2 növdə – karate (2 qızıl, 1 bürünc) və taekvondoda (1 gümüş, 1 bürünc) əldə edib.

Hiç yorum yok:

Yorum Gönder

Pages