Avropa İndi!” hərəkatı Monteneqroda parlament seçkilərində qələbəsini elan edib



“Avropa indi!” hərəkatının qələbəsi! Monteneqroda erkən parlament seçkilərinin keçirilməsi bütün Avropa üçün tarixi hadisədir".

Bunu hərəkatın rəhbəri, keçmiş maliyyə və sosial təminat naziri Miloyko Spaiç mətbuat konfransında deyib.

"Bu, "Avropa İndi!" hərəkatının böyük qələbəsidir, - Spaiç qeyd edib. "Bütün təqyiqlərə baxmayaraq bir ildən az müddətdə parlamentdənkənar partiya statusundan Monteneqroda ən böyük partiyaya çevrilmişik", - o vurğulayıb.

"Nəticədən razıyıq. Biz yaxşı nəticə əldə etdik və hökumətin tezliklə formalaşmasını səbirsizliklə gözləyirik", - "Avropa İndi!" hərəkatının rəhbəri bildirib.

Hiç yorum yok:

Yorum Gönder

Pages