Xaricdə yaşayan türkiyəlilər Ərdoğana daha çox hansı ölkələrdən səs veriblər? - FOTO



Türkiyədə keçirilən prezident seçkisinin ikinci turunda xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının verdikləri səslərin 94,95 faiz hesablanıb. Seçkilərə xarici ölkələrdən 3 426 183 (55,45%) nəfər qatılıb.

Rəcəb Tayyib Ərdoğanın qalib gəldiyi ölkələr sırasına Almaniya, Avstriya, Azərbaycan, Belçika, Bosniya və Herseqovina, Əlcəzair, Danimarka, Mərakeş, Fransa, Niderland, İraq, İran, Qətər, Qırğızıstan, Küveyt, Liviya, Livan, Lüksemburq, Malayziya, Misir, Norveç, Özbəkistan, Pakistan, Səudiyyə Ərəbistanı, Tanzaniya, İordaniya daxildir.

Gömrük-keçid məntəqələrində 58,31% seçici Ərdoğana, 41,69 faiz isə Kılıçdaroğluna səs verib.

Bütün ölkələrdə ümumilikdə 59,39 faiz seçici Ərdoğanı, 40,61 faiz isə Kılıçdaroğlunu dəstəkləyib.

Hiç yorum yok:

Yorum Gönder

Pages