Unutmayaq: Sağlığında ikən halal haqqı ödənməyən şəxsiyyət!





Azərbaycanın ilk hərbi tele-operatoru Seyidağa Mirfəyyaz oğlu Mövsümlü 1954-cü il avqustun 1-də doğulub. Uzun müddət Azərbaycan Televiziyasında tele-operator kimi çalışıb. 1991-ci ilin oktyabr ayında könüllü olaraq Azərbaycan Ordusuna daxil olub.Qısa təlim- məşq toplanışından sonra bölük komandiri kimi ön xəttə yollanıb.Xocalı rayonunun Kərkicahan qəsəbəsinin müdafiəsidə dayanıb. Həmin ilin dekabr ayında yaralanıb. Müalicədən sonra Müdafiə Nazirliyi Mətbuat Xidmətinin sabiq rəhbəri, Polkovnik Ramiz Məlikovun təklifi ilə nazirliyin nəzdində "And" Sənədli Filmlər Kino - Tele studiyasını yaradıb və uzun müddət bu Studiyaya rəhbərlik edib.
Seyidağa müəllim, həm 20 yanvar faciəsi, həm də Xocalı soyqırımı zamanı etdiyi video çəkilişlə yaddaşlardadır. O, Azərbaycanın dövlət müstəqilliyinin və Silahlı Qüvvələrimizin bərpası prosesində haqqı olan insanlardandır. Təəssüflər olsun, sağlığında ikən dövlət orqanları tərəfindən mükafatlandırılmadı.
Ruhu şad olsun.Amin.

Hörmətlə,
Şamil Sabiroğlu,
Jurnalist.
Bakı, 29.05.2023.

Hiç yorum yok:

Yorum Gönder

Pages