Bütün fəaliyyətini həkim peşəsinə bağlayaraq, həyatını olduqca qədim, nəcib və xeyirxah bir işə -
İnsaların sağlamlığının qorunması işinə həsr etmiş, əsl mütəxəssis və yaxşı pisxoloq, əziz qəhrəman və hünər sahibi olan ehtiyatda olan tibb xidməti mayoru Mahmudov Elman Sabir oğlunun may ayının
7 -də 54 yaşı tamam olur.
Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ çıxan,həmişə müqəddəs peşəsinə layıq,yüksək iş qabiliyyətləri ilə fəriqlənən,cəfakeş həkimlərmizdən biri olan tibb xidməti mayoru Mahmudov Elman Sabir oğlunu doğum günü münasibətilə Din-in Daxili Qoşunların hərbi vəzifəliləri,doğmaları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, məsuliyyətli bir o qədər də şərəfli işlərində müvəffəqiyyətlər arzu edib deyirlər, Elman həkim yaşınızın üstə gələn bu yaş sizğ sevinc dolu günlər bəxş etsin və hər yeni iliniz isə ötən illərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin.
Tibb sahəsində öz bacarığı və istedadı ilə secilən, hərkəsə qayğı ilə yanaşan bacarıqlı və təvazökar insan Elman Mahmudov 1969 - cu ilin may ayının 7 - də Bakı şəhərində anadan olub.
1986 cı ildə Binəqədi rayon 248 nömrəli tam orta məktəbi, 1994 -ci ildə Azərbaycan Tibb Univer sitetini bitrib .Elman həkim Din-in Daxili Qoşunların Baş İdarəsinin hərbi hospitalında Ordinator
vəzifəsində xidmət etdiyi illər ərzində bir neçə dəfə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təhkmilləşmə İnsitutunda müvafiq ixtisas artırma kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
1995 -2009 -cu illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Qaradağ və Nərimanov rayonlarında yerləşən hərbi hospitalında funksional diaqnostika şöbəsində Ordinator vəzifəsində Vətənə, Xalqa şərəflə xidmət etmişdir.
2009- cu ildə “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156 - cı maddəsinin v) bəndinə əsasən (xəstəliyə görə) Azər baycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından ehtiyata buraxılıb və pensiya təminatı ilə təmin edilib.
İnsan kimi cox mərhəmətli, vətənpərvər, xalqına və ailəsinə sadiq bir insan kimi tanınan Elman həkim 2010 - cu ildən etibarən “Salam Doktor” Klinkasında və “ARTOMED Tibb Mərkəzində” həkim kardioloq vəzifəsində işləyir.
Birinci Qarabağ Müharibəsinin əvvələrində, Ermanıstan Silahlı Qüvvələrin və Daxili İşlər Nazirliyinin Sərhəd alayının bölmələrinin, Gədəbəy rayonunun Başkənd, Mutudərə və Qasımağalı kəndlərin hücum əməliyyatları aparan zaman, onlara qarşı Azərbaycan Ordusunun könülərdən ibarət yaradılmış hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak edərək, üzərinə düsən vəzifəni, tapşırıqları şərəf və məsuliyyət hissi ilə yerınə yetirmişdir.Müharibə veteranıdır.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanun larına əməl edilməsi, Səhiyyə Müəssisələrinin fəaliyyətini tənzimləyən normativ- hüquqi aktların, Hərbi andın , hərbi nizamnamələrin, tibb işçilərinin əxlaqı kodeksinin tələblərinin yerinə yetirilməsi işində bir çox hərbi qulluqçulara nümnə olmuş, Hippokrat andına isə həmişə sadiq qalmışdır.
Elman həkim Daxili işlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikası Vətəndaşının yüksək adını ləyaqətlə daşımışdır, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında, xidmət etdiyi hərbi hissənin şərəfini və döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini daimi qorumuşdur.
Zabitlərin, gizrlərin, müddətdən artıq xidmət edən hərbi qulluqçuların, çavuş və əsgərlərin, Daxili Qoşunlara yeni çağrılmış müddətli həqiqi hərbi qulluqçuların fiziki inkişafnı və sağlamlıq vəziyyətini
müəyyənləşdirmək (sağlamlıq vəziyyətinə nəzarət etmək) məqsədilə ilə, Daxili Qoşunlar Komandanın müvafıq əmrləri ilə Daxili Qoşunların Baş İdarəsinin Bakı, Sumqayıt, Gəncə, Şəki Şirvan, Lənkəran
şəhərlərində, Hacqabul, Bərdə, Qazax, Quba, Qaradağ və Cəlilabad rayonlarında yerləşən hərbi hissələrində (Ayrıca yerləşən əlahiddə bölmələrində) bütün şəxsi heyətin tibbi müayinəsindən keçirilməsi üçün üzərinə düsən vəzifə və tapşırıqları vaxtında vicdanla yerinə yetirmişdir.
Elman həkim qoruxmaz, insanpərvər, əli acıq , yüksək intellektual səviyyəli zəhmətkeş həkimdir. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış , qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və
ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin(hərbi hospital rəisinin) müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı döş və yubiley nişanları ilə təltif edlib, bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə, mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, Respublikada əmin – amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, öz xidməti vəzifələrini və hərbi hissənin (hərbi hospitalın) qarşısında qoyulmuş tapşırıqları yerinə
yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:
1.”Qüsursuz xidmətə görə” 3 -dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ilo xidmətə görə ;
2.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 10 illiyi ( 1991- 2001)” medala;
3.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi (1998 -2008)” medala.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ELMAN HƏKİM.
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN İN OLSUN!
100- İL SAĞLAM VƏ MƏNALI ÖNÜR YAŞAYIN!
polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder