Təbrik: Yenibar Hətəmov- 43



    Yüksək peşəkarlığı, humanistliyi, işgüzarlığı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi,sadəliyi,səmimiyyəti,   vətənpərvərliyi və idarəçilik qabiliyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünü hərbi xidmətdə keçirmiş ehtiyatda olan polkovnik  leyten ant Hətəmov Yenbar Oruc oğlununmay ayının 5- də 43 yaşı tamam olur.


Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ cıxan  ehtiyatda olan polkovnik- leytenant Hətamov Yenibar Oruc oğlunu doğum günü münasibətilə Din-in Daxili Qoşunların hərbi vəzifəliləri,doğmaları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarinda bitib -- tükənməyən nailiyyətlər arzu edib deyirlər,  Yenibar  yaşınızın üstə gələn bu yaş sizə sevinc dolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin.

     Polkovnik- leytenant  Hətəmov Yenibar Oruc oğlu  1980- ci ilin may ayının 5- də  Ermənistan Respublikasının Spitak rayonun  Saral kəndində zəhmətkeş ailədə anadan olub.

     

O,1994- cü ildə Bakı şəhər Nəsimi rayonun 5 nömrəli orta məktəbin 8-ci sinifni , 1997 -ci ildə  Çəmşid Naxçıvanski adına hərbi liseyini,2001- ci ildə Heydər Əliyev Adına Azərbaycan ali hərbi məktəbi, 2002-ci ildə isə Daxili İşlər Nazirliyinin  Daxili Qoşunların Bas İdarəsinin Xəzər rayonunda yerləşən hərbi məktəbdə zabitlərin ixtisas artırma kursunu bitrib.Yenibar, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox metodiki - təlim toplanışlarda, müvafiq kurslarda,  xüsusi -taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.


2002- 2018 -ci illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Gəncə şəhərində,  Nərimanov və Xətai rayonlarında yerləşən hərbi hissələrində taqım və böluk komandiri,tabor komandirinin tərbiyəvi işlər üzrə müavini,  xüsusi dəstə komandirinin tərbiyəvi işlər üzrə müavini, briqada komandirinin tərbiyəvi işlər üzrə müavini, Daxili Qoşunların Bas İdarəsinin  mənəvi- P

psixoloji  hazırlığı şöbəsində isə   baş zabit və şöbə rəisinin müavini  vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.

   Yenibar Hətəmov 2019 -cu ildən etibarən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  Xəzər rayonunda yerləşən Şaqan Reabilitasiya mərkəzin direktor müavini vəzifəsində işləyir.

    

O,  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinini dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

    Polkovnk -leytenant Yenibar   Hətəmov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində,  özünü qorxmaz , insanpərvər,əliaçıq, yüksək intellektual səviyyəli bir zabit kimi göstərmişdir.O, istər təhsil aldığı orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə,  dost -tanış, qohum- əqrəba arasında özünə layiq hörmət qazanmışdır .

    Qanunvericilik  ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında,  fövqalədə vəziyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, cinaətkarlığa qarşı mübarizədə,eyni zamanda hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini   kimi kuratoru olduğu xidmət sahələrinin fəalıyyətının çevik və məqsədyönlü idarə olunmasında, düzgün istiqamətləndirilməsində yüksək peşəkarlıq və təşkilatçılıq bacarığı nümayiş etdirmiş, Dövlətin ərazi bütövlüyün təmin edilməsində isə üzərinə düşən vəzifə və tapşırıqların öhtdəsindən   layiqincə gəlmişdir.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri göstərdiyinə,  döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirnin,  Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Ali hərbi və Çəmşid Naxçıvanski adına hərbi lisey məktəb rəislərinin,hərbi hissə komandirinin müvafiq əmrləri ilə bir sıra fəxri fərmanlalarla,qiymətli hədiyyələrlə,  əlaçı döş və yubiley nişanları ilə mükafatlandırlıb ,ona təşəkkür elan edilib və həvəsləndirmə qaydasında vaxtından əvəl "kapitan " hərbi rütbəsi verilib.

      Azərbaycan Respublikasının müstəqilliyinin  , ərazi bütövlüyünün qorunub saxlanılmasında, respublikada əmin -amanlığ ın təmin edilməsində, ictimai  əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:


1."Qüsursuz xidmətə görə" 1 -ci dərəcəli medala -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;


2."Qusursuz xidmətə görə" 2 -ci  dərəcəli medala- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə ;


3."Qusursuz xidmətə görə" 3- cü dərəcəli medala - Silahlı Qüvvələrdə -10 ltəqvim ili xidmətə görə;


4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 10 -illiyi (1991- 2001)”  medalıa;


5."Azərbaycan Respubilkası Silahlı  Qüvvələrinin yaranmasının 90 illiyi (1918- 2008)” medala;


6."Azərbaycan Respubilkasl Silahlı  Qüvvələrinin yaranmasının 95 illiyi( 1918 - 2013)’

medalıa.

















DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  YENİBAR!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN

polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages