Peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi, dəqiqliyi, təmkinliyi, işgüzarlığı, təşkilatçılıq bacarığı, sadəliyi, səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünü Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsində və Nazirlər Kabinetində keçirən hörmətli veteranmız istefada olan kapitan Vaqif Axundovun may ayının 17 - də 63 yaşı tamam oldu.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan istefada olan kapitan Axundov Vaqif Əliyar oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin (Avmvib) rəhbəliyi, Din-in Daxili Qoşunların hərbi vəzifələri, doğmaları, iş və doyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər,Vaqif qoy hər yeni yaşınız sizə sevincdolu günlər, hər yeni iliniz isə istəklərinizə qovuşduraraq daha da xoşbəxt etsin.
İstefada olan kapitan Axundov Vaqif Əliyar oğlu 1960 - cı ildə may ayının 17- də Azərbaycan Respublikasının Nefitçala rayonun Mirzəqurbanlı (Birinci Filtir) kəndində zəhmətkeş ailədə anadan olub.
1977 - ci ildə Nefitçala rayonun Mirzəqurbanlı (Birinci Filtir) kənd orta məktəbi , 1982 - ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) tətbiqi - riyaziyyat fakültəsini bitirib.
1982 - 1985 - ci illərdə Nefitcala rayonunun 2 nömrəli tam orta məktəbində müəllim, 1985- 1991 -ci illərdə isə Moskva şəhərində Elimi- Təhqiqat İnstitutunda İnformatika üzrə baş mühəndis (müəllim) işləyib.
1992 - 1996 - cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) xidmətində "proqramçı - mühəndis " vəzifəsində Vətənə dövlətə və xalqa sədaqətlə xidmət edib.1997 - ci ildən etibarən Nazırlər Kabinetində İnformatika üzrə sektor müdiri vəzifəsində işləyir.
Vaqif müəllim Azərbaycan Respubilkasının ərazi bütövlüyü uğrunda ( Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Müharibə veteranıdır.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, hərbi andın,
hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin və hərbi qulluqçuların etik davranış kodeksinin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimə nümunə göstərib.Bir çox metodiki - təlim toplanışlarda, müvafiq ixtisas artırma kurslarda, xüsusi - taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində bu sahədə bilik və baçarıqlarını maksimal təhkimləşdirib və beləcə Daxili Qoşunlarda özünü son dərəcə faydalı kadr olaraq təsdiq etmişdir.
Kapitan Vaqif Axundov Qanunvericilik ilə Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , şəhərdə və yaşayış məntəqələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunların Komandanın, onun müavinlərinin və xidmət (şöbə) rəisinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı döş və yubiley nişanları ilə təltif edilib, bur cox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və təşəkkür elan edilib.
Hərbi yoldaşları Vaquf Axundovu vətənpərvər, qorxmaz, insanpərvər, səxavətli, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O,istər təhsil aldıgı illərdə, istər xidmət etdiyi və çalışdığı mühitdə, isərsə də dost-tanış, qohum -əqraba tanış arasında özünə böyük hörmət qazanıb
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN VAQİF!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (Avmvib) sədrinin hüquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder