Peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi, dəqiqliyi, təmkinliyi, işgüzarlığı, təşkilatçılıq bacarığı, sadəliyi, səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünü Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirən hörmətli veteranmız ehtiyatda olan mayor İlqar Hacıyev may ayının 18 - də 53 yaşı tamam oldu.Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan ehtiyatda olan mayor Hacıyev İlqar Qiyas oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin (Avmvib) rəhbəliyi, Din-in Daxili Qoşunların hərbi vəzifələri, doğmaları, iş və doyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər,İlqar qoy hər yeni yaşınız sizə sevincdolu günlər, hər yeni iliniz isə istəklərinizə qovuşduraraq daha da xoşbəxt etsin.
Ehtiyatda olan mayor Hacıyev İlqar Qiyas oğlu 1970 - cı ildə may ayının 18-də Azərbaycan Respublikasının Qubatlı rayonun Diləli Müşkənli kəndində zəhmətkeş ailədə anadan olub.
1987 - ci ildə Qubatlı rayonun Diləli Müşkənli kənd orta məktəbi , 1997 - ci ildə Bakı Ali Hərbi Dənizcilik məktəbi bitirib.
1988- 1990 -ci illəerdə SSRİ Daxili Qoşunlarının Moskva şəhərində yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə olub.1990- 1992- ci illərdə Bakı şəhərində istehsalat sahəsində işləyib.
1992-1993-cü illərdə Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrində müxtəlif vəzifələrdə olub.
1997– 2016 - cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Lənkaran, Nərmanov rayonlarında yerləşən hərbi hissələrin maliyyə xidmət rəisi,Daxili Qoşunların Baş İdarəainin maliyyə- plan şöbəsində və Növbətci xidmətində isə baş zabit vəzifələrində Vətənə dövlətə və xalqa sədaqətlə xidmət edib. 2017 - c ildən etibarən isə Bakı şəhərində xarici şirkətlərin birində müfətiş vəzifəsində işləyir.
İlqar Hacıyev Azərbaycan Respubilkasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Müharibə veteranıdır.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, hərbi andın,
hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin və hərbi qulluqçuların etik davranış kodeksinin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimə nümunə göstərib.Bir çox metodiki - təlim toplanışlarda, müvafiq ixtisas artırma kurslarda, xüsusi - taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində bu sahədə bilik və baçarıqlarını maksimal təhkimləşdirib və beləcə Daxili Qoşunlarda özünü son dərəcə faydalı kadr olaraq təsdiq etmişdir.
Mayor İlqar Hacıyev qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , şəhərdə və yaşayış məntəqələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunların Komandanın, onun müavinlərinin, Bakı Ali Hərbi Dənizcilik məktəb rəisinin, hərbi hissə komandirlərinin, şöbə və xidmət rəislərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı döş və yubiley nişanları ilə təltif edilib, bur cox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və təşəkkür elan edilib.
Hərbi və iş yoldaşları İlqar Hacıyevi vətənpərvər, qorxmaz, insanpərvər, səxavətli, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O,istər təhsil aldıgı illərdə, istər xidmət etdiyi və çalışdığı mühitdə, isərsə də dost-tanış, qohum -əqraba tanış arasında özünə böyük hörmət qazanıb
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə mayor İlqar Hacıyev
aşağıdakı medllarla təltif olunub:
1.”Qusursuz xidmətə görə” 1 -ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
2.”Qusursuz xidmətə görə 2-ci dərəcəli medal-Sillahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;3.” Qusursuz xidmətə görə 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.”Azərbaycan Respublikasl Silahlı Qüvvələrinin yaranmasının 10 illiyi (1991 -2001)” yubiley medala;
5.”Azərbaycan Respublikası Silahll Qüvvələrinin yaranmasınln 90 illiyi (1918 -2008)” yubiley medala;
6.”Azərbaycan Reslublikası Silahlı Qüvvələrinin 95 illiyi (1998-2013)” yubiley medala.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN İLQAR!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (Avmvib) sədrinin hüquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder