“Sülhün Kökləri” təşkilatının rəhbərinə Füzulidə aşkarlanan minalar barədə məlumat verilib - FOTO



İşğaldan azad edilmiş ərazilərdə səfərdə olan “Sülhün Kökləri” (“Roots of Peace”) beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kühn Füzuli rayonunun Horadiz kəndi ərazisindəki minatəmizləmə sahəsi ilə tanış edilib.

“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, qonağa ərazilərin mina və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsi, təmizlənmə əməliyyatları, tapılan minaların növləri barədə məlumat verilib.

Qeyd edilib ki, Horadiz ərazisində indiyədək Ermənistan istehsalı olan 53 ədəd PMN, 208 ədəd Rusiya istehsalı olan “TM-62” tank əleyhinə minalar, 2 ədəd partlamamış hərbi sursat aşkarlanıb:

“Hazırda ərazidə təmizləmə işlər davam etdirilir. Aparılan əməliyyatlar zamanı hər gün müxtəlif cür minalar tapılır”.

Bizimlə əlaqə saxlayın

Hiç yorum yok:

Yorum Gönder

Pages