ŞƏRƏFLİ ZABİT ÖMRÜ:Eldar Bağırov



    Daxili İşlər Orqanlarında  öz dəst - xətti olan, peşəkarlığı,dərin zəkası, gözəl nitq qabiliyyəti və səmimiyyəti ilə seçilən, həyatının 33  

ildən coxnu hərbi xidmətdə və polis orqanlarında  kecirən polis və müharibə vetearanı iatefada olan kapitan Bağırov Eldar Bağır oğlunun   may ayının 25-də 63 yaşı tamam oludu

    Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan polis və müharibə veteranı  ehtiyatda olan kapitan Bağırov Eldar Bağır oğlunu doğum günü münasibətilə iş və tələbə yoldaşları, doğmaları səmimi qəlbdən təbrik edir ,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Eldar qoy yaşınızın  üstə gələn bu yaş da sizə sevinc dolu illər bəxş etsin və hər yeni gününüz isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

Bağırov Eldar Bağır oğlu  1959 -cu ilin may ayının 25-də Ağcabədi rayonunda anadan olub.

1987 -ci ildə Ağcabədi  şəhər orta məktəbi,1983-cü ildə Gəncə şəhər Poltexnik texnikomunu, 2001-ci ildə isə Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin polis akademiyasını bitrib.

1977-1979-cu illərdə Sovet Ordusunda  həqiqi hərbi xidmətdə olub.1984- 2015-ci illərdə Daxili İşlər Orqanında  müxtəlif vəzifələrdə Vətənə ,Xalqa səsaqətlə xidmət edib.

Bağırov Eldar Bağır  oğlu Daxil İşlər Orqanlarında  xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Polis Andın,  Daxili İşlər Nazirliyin müvafiq nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur. Azərbaycanın ərazi bütovlüyü uğrunda gedən döyüşlərdə iştirak  edərək ona həvalə edilmiş vəzufə və tapşırıqları layiqincə yerinə yetirmişdir.

       Qanunvericilik ilə Daxili işlər  Orqanlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, ictimai asayişin  qorunmasında və təmin edilməsində , şəhərdə və yaşayış məntəqələrində iğtişaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin,yol qəzaların nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

 İş və döyüşcü yoldaşları onu, vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş   polis zabiti kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsə də xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında özünə layiq hörmət qazanıb.

Öz, xidməti vəzifələrini yernə yetirərkən xüsusi fərqləndiyinə  görə Daxili İşlər Nazirinin və onun müavinlərinin ,Polis akademiya  və rayon polis şöbə rəislərinin müvafiq əmrləri ilə "əla xidmətlərə"  görə əlacı döş və yubiley nişanları ilə, bir cox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

      Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində iştirak etdiyinə, döyüş zamanı igidlik göstərdiyinə,  ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və ona həvalə olunmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:


      

1.“Polis Veteranı” medala;

2.”Qüsursuz xidmətə görə " 3-cü dərəcəli medala -Daxili İşlər Orqanlarda   10 təqvim ili xidmətə görə,

3."Qüsursuz xidmətə görə 2 -ci  dərəcəli medala- Daxili İşlər Orqanlarında  15 təqvim ili xidmətə görə;

4.”Qüsursuz  Xidmətə görə " 1 dərəcəli medal  -Daxili İşlər Orqanlarında 20 təqvim ili  xidmətə görə,

    

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

     63 YAŞIN MÜBARƏK OLSUN ELDAR!

    BÜTÜN ARZULARIN ÇİN OLSUN!

    HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN.

polkovnik Salman Musayev.



Hiç yorum yok:

Yorum Gönder

Pages