Şərəfli ömür yolu: Zahid Teymurov - 68



   

Din-in Daxili Qoşunlarının və daxili işlər orqanlarının həyatında öz dəst-xətti olan, yüksək peşəkarlığı, humanistliyi,təvazökarlığı, dərin zəkası,gözəl nitq qabiliyyəti və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünü Din-in Daxili Qoşunlarında və Nəsmi rayon polis idarəsində keçirən  hörmətli veteranımız- istefada olan polkovnik Zahid Teymurovun may ayının 15 - də 68 yaşı tamam olur .

    

Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan istefada olan polkovnik  Zahid Teymurovu belə bir əlamətdar gün münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  (Avmvib) rəhbərliyi, Daxili Qoşunların hərbi vəzifələri,doğmaları, iş və döyüşcü yolda

ları  səmimi qəlbdən təbrik edir,  səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında uğurlar arzu edib deyirlər, Zahid müəllim qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu günlər  bəxş etsin.


Hər ömür bir kitabdır deyirlər, 68 yaşı tamam olan Zahid Teymurovun keçən  günlərini vərəqlədikcə bu fikiri təsdiq edirsən. Bu alovlu vətənpərvər, torpağına, xalqına bağlı insanın həyatı olduqca mənalı kecib.

     Əhatəsində olan insanıarın,döyüşcü və iş yoldaşlarının hörmətini qazanan,ictimai işlərdə fədakarlıq göstərən,dostlarına, yaxınlarına isti münasibətdə olan polkovnik  Teymurov Zahid Baba oğlu 1955 - ci ilin may ayının 15 - də Azərbaycan Respublikasının Füzuli rayonunda ziyalı ailəsində anadan olub.


Böyük həyat məktəbi keçən polkovnik Zahid Teymurov 1976 - cı ildə  SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının LKGİ - nın 60 illiyi adına Leniqrad Ali Hərbi Siyasi Məktəbini, 1985- ci ildə Moskvada Hərbi Akademiyanı,  1993 - cü ildə isə Bakı Dövlət Universitetinin hüqüq fakultəsini bitirib.

    

Heç kəsi özündən incitməyən,xoş rəftarı və şirin dilli ilə hər kəslə doğmalıqmünasibəti yaradan Zahid Baba oğlu Teymurov1986  - 1991 -ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların hərbi hissələrində bölük komandirinin tərbiyə işləri üzrə müavini, alayın   tərbiyə bölməsində baş təlimatcı, tabor və alay komandirinin tərbiyə işləri üzrə müavini vəzifələrində olub.

   

Dövlətçiliyimizin möhkəmləndirilməsi ücün var qüvvəsi ilə  yorulmadan calışan Zahid Teymurov 1991- 2015 ci - illərdə  Daxili İşlər Nazirliyinin, Daxili Qoşunların Baş İdarəsinin Bakı şəhərində yerləşən  Konvoy - mühafizə alayın komandiri, cəbhə bölgəsində yerləşən Xüsusi təyinatlı birqadanın komandiri,  Daxili Qoşunlar Komandanın birinci müavini -qərargah rəisi, DİN-in Bakı Baş Polis İdarəsinin Nəsimi rayon  Polis idarəsinin rəis müavini vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.Azərbaycan Yazıçılar Birliyinin   və Jurnalistlər Birliyinin üzvüdür. " Vətən" mükafatı ilə təltif olunub.

    

O,Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ( Ağdam, Ağdərə  və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Horadiz istiqamətində  gedən döyüşlərdə Daxılı İşlər Nazirliyinin Daxili Qoşunlarının və polis qruplaşmasının hücum əməliyyatını işləyib hazırlanmış və döyüş hərəkətlərini idarə etmişdir. Bu uğurlu  hücum əməliyyatı nəticəsində Horadiz qəsəbəsi və 11 (on bir) yaşayış məntəqəsi işğaldan azad edilmişdir.


Hərbi Vətənpərvərlik mövzusunda yazılmış  bir çox nəşrlərin müəllifi Zahid Teymurov Dağlıq Qarabağda  Horadiz əməliyyatını ümumilli Liderimiz Heydər Əliyevə məruzə edən  hərbiçi kimi, xalqımızın tarixi yadaşında xüsusi yer tutmuş şəxslərdən biridir.

     

Zahid Teymurov  DİN-in Daxili Qoşunlarında  və Bakı Şəhər Baş Polis İdarəsinin Nəsimi rayon Polis İdarəsində  xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  hərbi andın, daxili qoşunların döyüş xidməti, daxili İşlər nazirliyinin post - patrul xidməti və intizam nizamnamələrinin,  hərbi qulluqçuların və polisin etik davranış kodeksinin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər ücün nümunə  olmuşdur. O,bir çox təlim-təlim metodiki toplanışlarda, ixtisas artırma kurslarənda, xüsusi - taktiki təlimlərdə, komanda-qərargah məşqlərində,  seminar və konfranslarda fəal iştirak etməsi sayəsində bu sahədə bilik və bacarıqlarını maksimal təhkimləşdirib və beləcə Daxili Qoşunlarda və Daxili İşlər Orqanlarında özünü son dərəcə faydalı kadr olaraq təsdiq edib.

     Polkovnik Zahid  Teymurov həmişə Ulu Öndərin idealarına, dövlət başçımızın yeritdiyi siyasətə, dövlətçiliyə sadiq ,hər zaman sözü ilə əməli bir olan  zəhmətkeş zabit olub.


Qanunvericiliklə  DİN- in Daxili Qoşunlarına və  Daxili İşlər Orqanlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,   yaşayış məntəqələrində (islah-əmək müəssisələrində) kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,ictimai qaydanın qorunmasında,ictimai təhlükəsizliyin təmin edilməsində,əməliyyat şəraitinin təhlil olunmasında, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların,bədbəxt hadisələrin,yanğınların, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, eyni zamanda küratoru olduğu xidmət sahələrinin fəaliyyətinin çevik və idarə olunmasında, düzgün istiqamətləndirilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlib.

Təsadüfi deyil ki, xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri göstərdiyinə , döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə SSRİ və Azərbaycan Respublikası Daxili İşlər Nazirlərinin, Daxili Qoşunlar Komandanlarının, Bakı Şəhər Baş Polis İdarə rəisinin,  ali hərbi Məktəb və hərbi akademiya rəislərinin, diviziya və hərbi hissə komandirlərinin, Nəsimi rayon Polis İdarə rəisinin əmrləri ilə müxtəlif zamanlarda bir cox fəxri fərmanlar, qiymətli hədiyyələr, əlaçı döş və yubiley nişanları ilə təltif olunub və ona təşəkkür elan edilib.

     

Öz xidməti vəzifələrini yerinə yetirərkən şüçaət və fədakarlıq göstərdiyinə,Azərbaycan Respublikasının müstəqiliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə   polkovnik Zahid Teymurov SSRİ Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə bir çox medallarla təltif edilib.

  

Hərbi və Polis yoldaşları onu vətənpərvər, qorxmaz,  insanpərvər, səxavətli, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O,istər təhsil aldıgı illərdə,  istər xidmət etdiyi və çalışdığı mühitdə, isərsə də dost-tanış, qohum -əqraba tanış arasında özünə böyük  hörmət qazanıb.



DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ZAHİD MÜƏLLİM!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (Avmvib) sədrinin hüquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages