Şərəfli həkim ömrü: Tibb xidməti mayoru Aygün Atakişiyeva


 

    Tarixi boyu həkimlik sənətinə ülvi bir peşə, həkimə  isə müqəddəs bir şəxs kimi yanaşılmışdır. Sənədini mükəmməl bilən insanların sağlamlığının keşiyində  ləyaqətlə  duran, onların qayğısına qalan həkimlərin  xətrini el-oba əziz tutmuşdur.  Hətta  el arasında müdrüik  adamları loğmanla müqayisə edirlər.

 

Həkim adını daşımaq nə qədər məsuliyyətli   olsa da bir o qədər də şərəflidir. Xalqının səhhətini qorumaq,  hər kəsin öz sağlamlığını və həyatın   etibar edəcəkləri qədər inamını   qazanmaq  hər insana nəsib olmur. Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edərək,xarakteri ilə səhhətlərində yaranmış   problemlərini unutduraraq  həkimlərin peşə vəzifələrinin ən ümdə  məqamlarından biridir.

    Şərəfli  ömür yolu keçmiş insanların  sağlamlığını ləyaqətlə qorumuş, qayğıkeş həkim, kiçikdən böyüyə  onu tanıyanların  hər   birinin rəğbətini qazanmış peşəkar,  dürüst, vətənpərvər,  daimi hərbi qulluqçuların yaddaşnda qalan , gözəl insan və əlləri qızıl olan  ehtiyatda olan tibb xidməti  mayoru Aygün Atakişiyevanın  may ayının 30 -da  54  yaşı tamam olur.

 

     Daima həyatın bütün imkanlardan alnıaçıq və üzüağ çıxan ehtiyatda olan tibb xidməti mayoru Aygün Atakişiyevanı doğum günü münasibətilə Daxili Qoşunların hərbi vəzifəliləri,doğmaları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və uzun ömur arzu edib deyirlər, Aygün həkim yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolu illər bəxş etsin və hər yeni günüz isə  səni istəklərinizə qovuşduraraq daha da xoşbəxt etsin.

   

  

Hər kəsi özündən incitməyən,xoş rəftarı və şirin  dilli ilə hər kəslə doğmalıq münasibəti yaradan tibb xidməti mayoru  Atakişiyeva Aygün Nazim qızı 1969-cı ilin  may ayının 30 -da  Bakı şəhərində zəhmətkeş ailədə anadan olub.

 Həyatda insan taleyi ilə bağlı olan  bütün işlərin məsuliyyətini dərindən dərk edən Aygün xanım 1987 -ci ildə Bakı şəhərində    orta məktəbi,1993 -cü illdə isə Azərbaycan Dövlət Tibb İnstitunu bitrib.  



Əhatəsində  olan insanların və iş yoldaşlarının  hörmətini qazanan, dostları və yaxınları ilə isti münasibətdə olan Aygün Atakişiyeva 1993 – 2015-ci İllərdə   Daxili İşlər Nazirliyi Daxili Qoşunların Qaradağ, Nərimanov və Xəzər  rayonlarında yerləşən hərbi hissələrində və ali hərbi məktəbində baş ordinator və tibb məntəqəsinin rəisi vəzifələrində Vətənə dövlətə və xalqa  sədaqətlə xidmət edib.Aygün xanım Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində   Daxili Qoşunların Bas İdarəsində,  hərbi hospitalında,  həkimlərin təkmilləşmə İnstitutunda keçirilən bir cox təlim- metodiki toplanışlarda, ixtisas artırma kurslarında, xüsusi -taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.Tibb sahəsində bir cox məqalələrin müəllifidir.

Aygün həkimin hərbi və həkim yoldaşları onu  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit (peşəkar həkim) kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.

  Yüksək peşəkarlığı ilə seçilən  Aygün həkim  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi istiqamətində, Hərbi Andın,  Hərbi və Daxili Qoşunların Döyüş xidməti nizamnamələrin, Daxili Qoşunların hərbi hospitalı  haqqında təlimatın  tələblərinin yerinə yetirilməsində bir cox hərbi qulluqçulara, həkimlərə şəxsi nümunə olmuşdur.

Hippaokrat andı icən Aygün həkim    o, anda   sadiq olaraq, ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

Şərəfli  xidmət yolunun   22 ildən  çoxunu  Daxili Qoşunların  hərbi hospitalında, hərbi hissələrində və ali hərbi məktəbində müxtəlif    vəzifələrdə keçirən və hal -hazırda  özəl  tibb müəsisələrinin birində çalısan  vətənpərvər, cəfakeş insan təcrübəli və zəhmətkeş   Aygün həkimin Vətən qarşısında xidmətləri onu tanıyanlar tərəfindən heç vaxt unudulmayacaq.

 Səmərəli fəaliyyətinə görə Aygün həkim Daxili İşlər Nazirinin,  Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, ali hərbi məktəb rəisinin, tibb şöbə rəisinin və hərbi hissə komandirlərinin ( hərbi hospital rəisinin) müvafiq əmrləri ilə, əla xidmətlərə görə əlacı döş və yubiley   nişanları ilə təltif olunub ,bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə        mükafatlandırıb , ona təşəkkür elan edilib  və aşağıdakı medallarla  təltif edilib:

1.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə,

2.”Qüsursuz  Xidmətə görə” 2-ci dərəcəli medala- Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə,

4.”Qüsursuz xidmətə görə 1 -ci  dərəcəli medala- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 10 illiyi ( 1991 - 2001)” yubiley  medala;

5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının  90 illiyi  ( 1918 — 2008 )”  yubiley   medala;

 

6.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin  yaranmasının 95 illiyi (1918-2013) yubiley medalı ilə.

 

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN AYGÜN HƏKİM !

 

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN.

 

Polkovnik

 Salman

Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages