Şəhid Leytinant Vüqar Nəcəfovun 173 saylı məktəbin qarşısında Barelyef açılışı oldu.



Nəcəfov Vüqar Telman oğlu 1984 - ÇÜ il aprelin 30-da Füzuli rayonunda dünyaya göz acmışdır.
1990-çı ildə Füzuli rayonununda 1 nömrəli orta məktəbin 1-ci sinifinə getmişdir.
1993 - ÇÜ ildə avqustun 23 - də Füzuli rayonunu erməni işğalçıları tərəfindən vəhşicəsinə zəpt edildikdən sonra, müvvəqəti qacqın kimi Bakı şəhəri Yasamal rayonu Bəşir Səfər oğlu küçəsi ve 14-də məsgunlaşımışlar.
1993-çü ildə orta təhsili davam etdirmək üçün Bakı şəhər Yasamal rayonu M. N. Tusi adına 173 sayı orta məktəbin 3-çü sinifinə getmişdir.
2001-ci ildə seçilmiş şagird kimi, yüksək təlim-tərbiyəvi və bilikli olaraq orta məktəbi qurtarıb, qanı yerdə qalmış əmisi Nəcəfov Novruz Yavər oğlu və əmisinin həyat yoldaşı Balakişiyeva Azərin Qəhraman qızının qanın almaq üçün Heydər Əliyev adına "Azərbaycan Ali Hərbi Məktəbi" - nə daxil olur.
2005 - çi ildə Heydər Əliyev adına "Azərbaycan Ali Hərbi Məktəbi" nizam-intizamlı hərbiçi kimi letinant rütbəsində bitirib vəhərbi təhsilini gücləndirmək üçün Azərbaycan Respublikası silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində 16.09.2005-cı il tarixdən 23.06.2006-ci il tarixə kimi fəaliyyət göstərən motoatıcı tağım komandiri kursunu bitirmişdir.
2006-cı il avqust ayının 11-də Goranboy rayonunda 701 saylı hərbi hissəyə təyinat alaraq Leytinant rütbəsində həqiqi hərbi xidmətə başlamışdır.
Bu hərbi hissədə letinat V. T. Nəcəfovun doğulduğu vətəni Füzuli rayonuna yaxın olmadığı üçün könüllü olaraq təyinatını 2006-cı ilin oktyabr ayında Ağdam rayonundaki 190 saylı hərbi hissəyə dəyişir.
Leytinant V. T. Nəcəfov 190 saylı hərbi hissəyə gedən gündən nizam-intizamına və biliyinə görə secilərək gənc əsgrləri hərbi nizamnaməyə uyğun öyrədir. 3-çü bölük 1-ci tabor komandiri leytenant V. T. Nəcəfov Ağdam rayonu Yusifcanlı istiqamətində düşmənlə təmas xəttdində döyüş
postuda döyüş növbətçiliyi aparır.
O, öz ailəsi ilə telefonla banışarkən deyirdi: "Mən yaxşıyam, yerimdə yaxşıdı məndən narahat olmayın, burada hər şey qaydasındadır. Torpağımız burdan görsənir, buraların havası mənə xoş və doğma gəlir. Özünüzə yaxşı baxın, mən heçdə uzaqda beyiləm vətənimiz Qarabağa yaxın yerdəyəm".
190 saylı hərbi hissə komandiri tərəfindən 2008-ci il aprel ayında verilən əmrə əsasən leytenat V. T. Nəcəfov yerini dəyişərək Ağdam rayon Zəngişalı istiqaməti tərəfində xidmətini davam etdirir.
2008-ci il mayın 16-da Ağdam rayon Zəngişalı istiqamətində büşmənlə təmas xəttində döyüş postunda döyüş növbətçiliyi apararkən düşmən tərəfindən atılan güllə nəticəsində "Döş boşluğunu dəlib kecən" bir ədəd odlu silah güllə yarası xəsarətini almış və Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda, Vətən uğrunda, torpaq və xalq uğrunda şəhid olmuşdur.
Allah ŞƏHİD QARDAŞIMA RƏHMƏT ELƏSİN!...


Şəhid Novruz Nəcəfov Yavər oğlu şəhid Azərim Nəcəfov Qəhraman qızı Şəhid leytinant Vüqar Nəcəfovun əmisi və əmisinin yoldaşı 1992-ci ildə şəhid olmuşlar.

İlham Rəsulzadə 

Hiç yorum yok:

Yorum Gönder

Pages