Səbuhi Əhmədov və daha yeddi şəhidin adı Bakı küçələrinə verildi - CƏDVƏL



Bakıda küçələrdən birinə 12-14 sentyabr 2022-ci ildə erməni təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun adı verilib.

Bu barədə Bakmiltv. İnfo -ya şəhidin qardaşı Sənan Əhmədov məlumat verib. O bildirib ki, paytaxtın Xətai rayonunda yerləşən Abidə küçəsinin adı dəyişdirilərək “Səbuhi Əhmədov” adlandırılıb.

Şəhid Səbuhi Əhmədov ilə yanaşı, daha yeddi şəhidin adı küçələrə verilib.

Belə ki, ümumilikdə səkkiz şəhidin adları Bakı şəhəri, Sabunçu, Səbail və Xətai rayonları üzrə müfaiq küçələrə verilib.

Qərara əsasən, adlar Sabunçu, Səbail və Xətai rayonları üzrə aşağıdakı kimi dəyişdirilib:

Rayon

Küçənin köhnə adı

Küçənin yeni adı

Sabunçu

Maştağa qəsəbəsi, Burla Xatun küçəsi

Yalçın Rəhimov küçəsi

Səbail

Buxta küçəsi

Nicat Şükürlü küçəsi

Səbail

Badamdar qəsəbəsi, Qədim Qala küçəsi

Yusif Budaqov küçəsi

Səbail

Badamdar qəsəbəsi, Neftçilər küçəsi

Cavidan İbrahimli küçəsi

Səbail

Badamdar qəsəbəsi, Məktəbli küçəsi

Cəmil Məmmədli küçəsi

Səbail

Badamdar qəsəbəsi, Yanardağ küçəsi

Bakir Quliyev küçəsi

Xətai

3-cü Liman küçəsi

Rəcəb Yolçu oğlu küçəsi

Xətai

Sülh küçəsi

Kəmaləddin Məmmədzadə küçəsi

Xətai

Abidə küçəsi

Səbuhi Əhmədov küçəsi

Qeyd edək ki, Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi məqsədilə küçələrə adların verilməsi üzrə sxemlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunub.

Könül Cəfərli

Hiç yorum yok:

Yorum Gönder

Pages