Ərdoğan pensiyalarla bağlı söz verdi: “Sevindirici xəbərlərimiz olacaq”



Türkiyədə 7 min 500 lirədən yuxarı pensiyaların artırılması ilə bağlı işlər aparılır. 

Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Baş Assambleyada çıxışı zamanı açıqlama verib.

İyul ayına işarə edən Ərdoğan dövlət qulluqçularının maaşlarının artırılması ilə yanaşı rifah payının da veriləcəyini bildirib.

Prezident Ərdoğan seçkidən sonrakı dövrdə pensiyaların artırılacağına söz verib.

“Seçkilərdən sonra yeni Parlamentin qanunvericilik fəaliyyətinə başlaması ilə 7 min 500 lirədən yuxarı pensiya alanları sevindirəcək xəbərlərimiz olacaq və bunları millətimizlə paylaşacağıq”, - deyə Ərdoğan qeyd edib.

Rəcəb Tayyib Ərdoğan, həmçinin Mərkəzi Bankın valyuta ehtiyatlarının hazırda 122 milyard dollar olduğunu da açıqlayıb.

Mənbə: NTV

Hiç yorum yok:

Yorum Gönder

Pages