“Mən zəhmətin, alın tərinin, isti çörəyi dostlarla bölüşməyin sevincini çox yaxşı bilirəm”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 1 May Beynəlxalq Əmək və Həmrəylik günü münasibətilə “Twitter” hesabından yazdığı paylaşımda bildirib.
“Təşkilatçılıq, həmkarlar ittifaqı hüquqları və əməkhaqqı ilə yanaşı, işçilərin sağlamlığı və təhlükəsizliyi sahəsində çox mühüm addımlar atdıq.
Nə etdiksə birlikdə etdik, birlikdə uğur qazandıq, çiyin-çiyinə verərək çətinlikləri dəf etdik. İnşallah, Türkiyə yüzilliyini yenidən sizinlə birlikdə quracağıq. Mayın 14-də sizin dəstəyinizə ümid edirəm”, - deyə o qeyd edib.
Hiç yorum yok:
Yorum Gönder