Rəcəb Tayyib Ərdoğan: “Bizim millətə xidmət eşqimiz heç vaxt bitməz” - FOTO



“Bizim mahnımız da, millətə xidmət eşqimiz də heç vaxt bitməz”.

Bakmiltv. İnfo -nın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “Twitter” hesabında yazıb.

Bir gün əvvəl Kırklareli, Edirne, Tekirdağda olduğunu bildirən dövlət başçısı bu bölgələrin onun siyasi fəaliyyətində çox fərqli və xüsusi yeri olduğunu vurğulayıb.

“Oxuduğumuz bir şeirə görə haqsız yerə cəzalananda Kırklareli bizi Pınarhisarda qonaq etdi. Biz Pınarhisar həbsxanasına göndərilərkən yüzminlərlə insanın axıtdığı göz yaşlarını heç vaxt unutmarıq... Partiyamızın üfüqünü orada çəkdik, Türkiyə ilə bağlı arzularımızı orada təcəssüm etdirdik, gələcəyə baxışımızı orada formalaşdırdıq”, - deyə o bildirib.

Dövlət başçısı hər bir insan kimi, onun da çox istədiyi, lakin həyata keçirə bilmədikləri olduğunu etiraf edib.

“Bürokratik oliqarxiyanın əngəllədiyi, müxalifətin əngəllədiyi, marginal təşkilatların sabotaj etdiyi layihələrimizi saya-saya bitirə bilmərik”, - deyə Ərdoğan vurğulayıb.

Buna baxmayaraq, o, bu əngəl siyasətinə boyun əymədiklərini və əsərlərilə Türkiyəni bəzədiklərini qeyd edib.

“Mayın 14-dən sonra Türkiyənin böyüməsi və güclənməsi üçün fəaliyyətimizi davam etdirəcəyik”, - deyə Türkiyə prezidenti vəd verib.

 

Hiç yorum yok:

Yorum Gönder

Pages