Prezident İlham Əliyev “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında” Sazişə dəyişikliklər edilməsinə dair Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Bununla bağlı President.az məlumat yayıb.
Qeyd edək ki, sənəd 2022-ci il noyabrın 10-da Səmərqənd şəhərində imzalanıb.
Bundan başqa, dövlət başçısı “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu da təsdiqləyib.
Bu sənəd 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanıb
Hiç yorum yok:
Yorum Gönder