Paşinyan: “Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıması regionda sabitliyə imkan verəcək”



Ermənistan baş naziri Nikol Paşinyan Brüsseldə Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanımasını mühüm addım adlandırıb.

Erməni KİV-in məlumatına görə, Paşinyan Nazirlər Kabinetinin iclasında qeyd edib ki, bu, regionda sabitliyin bərqərar olmasına və sülh müqaviləsinin yekun mətninin formalaşdırılmasına imkan verəcək.

O bildirib ki, növbəti addım delimitasiya komissiyasının formalaşdırılması üzrə hüquqi əsasların identifikasiyası olmalıdır.

Hiç yorum yok:

Yorum Gönder

Pages