Eyvaz Səlimov yaşasaydı 59 yaşı tamam olardı




Ömrünü gününü Vətənin bütövlüyünə,xalqmızın xoş gələcəyinə həsr etmiş,hər kəs vətənin xoşbəxt vətəndaşıdır.Belə vətən təəssübü çəkən oğlanlardan biridə Din-in Daxili Qoşunların hərbi hissələrində şərəfli hərbi xidmət yolu kecmiş baş - leytenant Səlimov Eyvaz Əlirza oğludur.O, 1964 - cü ilin may ayının 19 - da Azərbaycan Respublikasının İsmayıllı rayonunun Mingə kəndində zəhmətkeş ailədə anadan olub.2022-ci ilin dekabr ayın 24- də Bakı şəhərində vəfat edib, İsmayılı rayonunda isə dəfn edilib.

Vətənə,dövlətə, xalqa sədaqətlə ximət etmiş,daimi həyatın bütün cətinliklərdən üzüağ və alınıaçıq cıxan,torpağına, xalqına,ailəsinə bağlı gözəl insan Eyvaz Səlimov 1981 - ci ildə İsmayıllı rayonun Mingə kənd orta məktəbi, 1986 - cı ildə Bakı Poltexnik Texnikomunu, 1997 - ci ildə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Xəzər rayonunda yerləşən tədris mərkəzində ixtisas artırma kursunu bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox təlim - metodiki toplanışlarda, müvafiq kurslarda, xüsusi - taktiki təlimlərdə, seminar və konfranslarda iştirak etmişdir.

Əsil vətəndaşlıq mövqeyi ilə secilən, xeyirxah insan baş leytenat Eyvaz Səlimov 1983 -1985 ci illərdə Sovet Ordusunun Kemerova Vilayətinin Belovo şəhərində yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə olub.1986 - 1987 - ci illərdə təynatla Dağıstan Respublikasında Qaynaq üzrə mühəndis konstruktor, 1988 - 1991 - ci illərdə isə Azərbaycan Quraşdırma idarəsində qaynaqçı vəzifəsində işləyib.


Əhatəsində olan insanların,döyüşcü və iş yoldaşlarının hörmətiniqazanan,dostlarına,iş yoldaşlarına və yaxın qohumlarına isti münasibətdə olan Eyvaz Səlimov 1992- 1998- ci illərdə Daxili Qoşunların Nərmanov rayonunda yerləşən alayında qarovul rəisi, əlahiddə təminat və xüsusi təynatlı taqım komandiri ,böluk komandiri və alayın əşya xidməti rəisi vəzifələrində xidmət etmişdir.O "Hərbi xidmətkeçmə haqqında " əsasnamənin v). bəndinə əsasən xəstəliyə görə ( 2 - ci qrup hərbi əlil kimi) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır.

Heç kəsi özündən incitməyən, xoş rəftarı və şirin dilli ilə hər kəslə doğmalıq yaradan məhrum Eyvaz Səlimov, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, hərbi andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daima nümunə olmuşdur.

Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, yaşayış məntəqələrində baş vermiş  ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

     Azərbaycan Reslubilkasının ərazi bütövlüyü uğrunda ( Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən  döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Müharibə veteranı idi.

   

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin müvafiq əmrləri ilə bir cox fəxri fərmanla, qiymətli hədiyyələrlə, əlacı döş və yubiley nişanları ilə mükafatlandırlıb və məhrum Eyvaz Səlimova təşəkkür elan edilib.


Hal-hazırda haqq dünyasında olan Eyvaz Səlimovun  əziz ruhu onu tanyanlar tərəfindən daimi hörmətlə xatırlanır və yad edilir.Belə vicdanlı oğuları ilə tanınır vətən!

Eyvaz cənnətdəki 59-  yaşın mübarək olsun!


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (Avmvib) sədrinin hüquqi məsələlər üzrə  müavini polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages