Rızayev faiq Hüseynağa oğlu 1975-ci may ayının 13-də Bakı Şəhərində anadan olmuşdur.ilk təhsilini yasamal rayonununda yerləşən 150 nömürəli orta məktəbdə almış və məktəbi fərqlənmə ilə bitirmişdir.
Məktəbdə oxuduğu son ilərdə bir neçə dəfə könüllü olaraq döyüşlərə qatılmaq istəsə də,azyaşlı olduğu üçün yasamal rayon hərbi komissarlığına faiqi hərbi xidmətə cəlb etməmişdir.Məktəbi bitirdikdən sonra,
1993-cü ilin may ayında yenidən yasamal rayon hərbi komissarlığına müraciət etmiş və könüllü olaraq hərbi xidmətə yolanmışdır.İlk gündən DİN daxili qoşunlarının cəbhənin füzuli -cəbrayıl istiqamətində yerləşən "N" saylı hissəsində xidmətə başlayan faiq,intensiv təlimlərzamanı qısa müddətdə komandirlərin etimadını doğrultmuş çevikliyinə.bacarıqlı olmasına və hərbi biliklərə qısa müddətdə yiyələnməsinə görə hərbi hissənin kəşfiyyat-diversiyaqrupuna manqa komandiri təyin edilərək bir başa döyüş xətdinə göndərilmişdir.faiqin dəstəsi döyüş bölgəsində mövqe tutduqdan sonra.İlk işləri düşmən qüvvələri haqqında dəqiq məlumatlar toplamaq və bu məlumatların yuxarı komandanlıqdaTəhlil olunmasını təmin etmək olsa da. O həm kəşfiyyatçı kimi həm də mühəndis istehkamçı kimi öz dəstəsi ilə düşmən mövqelərinə sızaraq bir neçə uğurlu kəşfiyyat döyüş tapşırıqlarını icra etmişdir.
Xüsusilə də.fizuli rayonunun Horadiz qəsəbəsi istiqamətində müşahidə postu qurmuş düşmənin kəşfiyyat qruplarının aşikar edilməsi və məhf olunması əməliyyatı o zaman hər kəsin dilində əzbər olmuşdu.faiqin növbəti və son döyüşü isə. Cəbrayıl rayonunun cocuq mərcanlı qəsəbəsi uğrunda olmuşdur. 1994-cü ilin mart ayının 22-də, faiq öz dəstəsi ilə düşmən arxasında kəşfiyyat döyüş tapşırığı icra edərkən,düşmən qüvvələrinin hücuma hazırlaşdığını müşahidə etmişlər və dərhal bu barədəqərargaha məlumat ötürmüşlər.vəziyyətin gərginliyini və qüvvələrin çoxluğunu nəzərə alan faiq dərhal öz dəstəsinə geri dönmək və digər ordu birləşmələrmizə dəstək vermək tapşırığını vermişdir.həmin gecə cox ağır və unudulmaz bir gecə kimi yadaşlarda dərin iz buraxmışdır .qeyri bərabər döyüş zamanı , canlı qüvvə və zirehli texnika baxımından düşmən qüvvələri bir neçə dəfəçox olsalar da , düşmənə ciddi müqavimət göstərməyi bacarmışdı .lakin döyüş şiddətləndikcə düşmənin mühasira halqası daralırdı. faiqin dəstəsi ağır atıcı silahlar qarşısinda cətinliklədə olsa döyüşü davam etirməyə çalışırdılar . Bu zaman faiq çox çətin bir qərar qəbul etdi. O son imkanlarını cəmləşdirərək mühasirəni yarmağı öz qrupu qarşısına tapşırıq qoydu. lakin , zirehli texnikaların dəstəyi ilə düşmən qüvvələri faiqi öz qrupu ilə birlikdə mühasirəyə almağı bacarmışdılar .bu qeyri bərabər döyüşdə faiqinhospitala çatdırılmışdı. Vəziyyəti həddindən artıq ağır olduğuna görə , dərhal Bakı şəhərinə ,sabunçu rayon xəstəxanasına təxliyə edilmiş, həkimlərin cəhdlərinə baxmayaraq, gözlərini əbədi yumuş şəhidlik zirvəsinə ucalmışdır .
Bakı şəhər xalq Deputatları sovetinin Rəyasət heyətinin 24 iyun 1994-cü il tarixli 7/78 nömürəli qərarı ilə, yasamal rayonu 150 saylı orta ümumtəsil mətəbinə faiq Hüseynağa oğlu rızayevin adı verilmişdir. Məktəbin qarşısında şəhidin büstü qoyulmuş, ətrafında ağac və güllər əkilmişdir.hospitala çatdırılmışdı. Vəziyyəti həddindən artıq ağır olduğuna görə , dərhal Bakı şəhərinə ,sabunçu rayon xəstəxanasına təxliyə edilmiş, həkimlərin cəhdlərinə baxmayaraq, gözlərini əbədi yumuş şəhidlik zirvəsinə ucalmışdır .
Bakı şəhər xalq Deputatları sovetinin Rəyasət heyətinin 24 iyun 1994-cü il tarixli 7/78 nömürəli qərarı ilə, yasamal rayonu 150 saylı orta ümumtəsil mətəbinə faiq Hüseynağa oğlu rızayevin adı verilmişdir. Məktəbin qarşısında şəhidin büstü qoyulmuş, ətrafında ağac və güllər əkilmişdir.
Hiç yorum yok:
Yorum Gönder