“Əməkdar artist Elxan Qasımov hazırda reanimasiyadadır, süni nəfəs aparatından ayrılıb”.
Bu barədə APA-ya aktyorun qohumu, kinorejissor Tahir Tahiroviç məlumat verib.
“Düzdür, səhhətində irəliləyiş var, yaxşılığa doğru gedir, vəziyyəti stabilləşib, amma təbii ki, müalicə uzun çəkən prosesdir”, - o əlavə edib.
Qeyd edək ki, bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Əməkdar artist Elxan Qasımov mayın 9-da əməliyyat olunub. Elxan Qasımova aorta anevrizmasının partlaması diaqnozu qoyulub.
Hiç yorum yok:
Yorum Gönder