Mayor Mahmud Paşayev yaşasaydı 52 yaşı tamam olardı


   


Ömrünü gününü Vətənin bütövlüyünə,xalqmızın xoş gələcəyinə həsr etmiş,hər kəs vətənin xoşbəxt vətəndaşıdır.Belə vətən təəssübü çəkən oğlanlardan biridə  Din-in Daxili Qoşunların tibb xidmətində şərəfli hərbi xidmət yolu kecmiş mərhum tibb xidməti mayoru Paşayev Mahmud Ağadayı oğludur. O, 197i - ci ilin  may ayının 18 - də Azərbaycan Respublikasının Salyan rayonunun Xıdırlı kəndində zəhmətkeş ailədə anadan olub.2005-ci ilin fevral ayın 25- də Bakı şəhərində vəfat edib,Salyan rayonun  Xıdırlı kəndində isə dəfn edilib.

     

Vətənə,dövlətə, xalqa sədaqətlə ximət etmiş,daimi həyatın bütün cətinliklərdən üzüağ və alınıaçıq cıxan,torpağına, xalqına,ailəsinə  bağlı gözəl insan, peşəkar və təcrübəli həkim Mahmud Paşayev 1986 - cı ildə Salyan rayonun Xıdırlı kənd orta məktəbi, 1993 - cı ildə  Azərbaycan Dövlət Tibb İnstitutunun 2 -ci müalicə-profilaktika fakultəsini bitrib.


    

Əsil vətəndaşlıq mövqeyi ilə secilən, xeyirxah  insan,əhatəsində olan insanların,döyüşcü və iş yoldaşlarının hörmətiniqazanan,dostlarına,iş yoldaşlarına və yaxın qohumlarına isti münasibətdə olan  məhrum mayor Mahmud Paşayev 1993- 2005 - ci illərdə Din-in Daxili Qoşunlarının hərbi hospitalının reanimasiya şöbəsində ordinator, ruhi- əsəb şöbəsində isə şöbə rəisi vəzifələrində   xidmət etmişdir.

   

Heç kəsi özündən incitməyən, xoş rəftarı və şirin dilli ilə hər kəslə doğmalıq yaradan məhrum Mahmud Paşayev Din- in Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, hərbi andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin, hərbi hospital haqqında əsasnamənin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daima nümunə olmuşdur.

   Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına və hərbi hospitalına   həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

     Azərbaycan Reslubilkasının ərazi bütövlüyü uğrunda ( Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən  döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmiş, neçə - neçə  xəstə və yaralının müalicə ovunmasında gərgin əməyi olmuşdur.O,müharibə veteranı idi.

   

Öz xidməti vəzifələrini və hərbi hospital  qarşısında qoyulmuş tapşırıqları yernə yeturərkən fəriqləndiynə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin (hərbi hospital rəisinin) müvafiq əmrləri ilə bir sıra medallarla, bir cox fəxri fərmanla, qiymətli hədiyyələrlə, əlacı döş  və yubiley nişanları ilə mükafatlandırlıb və məhrum Mahmud Paşayeva təşəkkür elan edilmişdir.


Hal-hazırda haqq dünyasında olan  Mahmud Paşayevin əziz ruhu onu tanyanlar tərəfindən daimi hörmətlə xatırlanır və yad edilir.Belə vicdanlı oğuları ilə tanınır vətən!

Mahmud  həkim cənnətdəki 52-  yaşın mübarək olsun!


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (Avmvib) sədrinin hüquqi məsələlər üzrə  müavini polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages