Hörmətli izləyicilər bu şəkili bizə Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayon Mədəniyyət şöbəsindəki iş otaqlardan birində lentə alınaraq göndərilib.Tarixi şəxsiyyət, dünya liderlərinin ən öndə olanlardan biri, ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEVƏ qarşı İmişli rayon Mədəniyyət şöbəsində belə hörmətsizlik edilmişdir. Beləki kadırdan da göründüyü kimi sözügedən idarədə dahi şəxsiyyətimizin şəkilini başlarının üstündən asaraq ona səcdə etmək əvəzinə, onun şəklini sərinkeşin ayağının arxasında gizlətmişlər.Məgər onun sayəsində firavan həyata qovuşan Azərbaycan xalqının məmur övladı ona bu qədərmi hörmətsizlik etməlidi? Əsla yox.Çünkü bütün dünya Heydər Əliyev kimi uzaq görən, xalqını millətini sevən siyasətçini əl- əl axtarır. Bəs bizim İmişli rayonunun Mədəniyyət şöbəsinin nümayəndələri, onun çörəyini yeyib, axı niyə dahi şəxsiyyətmizə bu qədər biganəlik göstərirlər.Axı o, bizim xilaskarımız və əbədi yaşar liderimizdir. Biz imkan vermərik ki, Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayon mədəniyyət şöbəsinin rəhbəri Nazim Əzimov
və onun kimilər ULU Öndərmizə qarşı hörmətsizlik edib onun şəklini belə hala salsınlar.Bu bizim yol verə biləcəyimiz hal deyil. Biz dedik siz tədbir görün adiyyatı qurumlar. MEHMAN MƏMMƏDOĞLU Mövzuya qayıdacağıq.
Hiç yorum yok:
Yorum Gönder