İMİŞLİ RAYON UŞAQ İNCƏSƏNƏT MƏKTƏBİ BU GÜN UĞURLU DÖVRÜNÜ YAŞAYIR

  
Bakmiltv. İnfo  xəbər verir ki, Söhbət Kürdəmir regional mədəniyyət idarəsinin, İmişli rayon Uşaq İncəsənət məktəbindən gedir. Sözü gedən məktəb bir vaxtlar səriştəsiz rəhbər üzündən son günlərini yaşayırdı desək yanılmarıq.Müəllim və tələbələrin  dərslərə vaxtında gəlməməsi dərs  saatlarının  buraxılması ilə nəticələnirdi. Nəhayət bu boşluğu görən regional idarə rəhbərliyi sözügedən təhsil müəssisəsində rəhbərin dəyişməyə ehtiyac olduğunu bildirdi.Və kadır axtarışı da  uzun çəkmədi.Beləki uzun müddətli təcrübəyə malik, üzərinə düşən işin öhdəsindən həmişə layiqincə gələn, ixtisasına və peşəsinə hörmətlə yanaşan,daima İmişli rayonunda  rəsmi tədbirlərdə öz fəallığı ilə seçilən,istər rəhbərliyin, istər çalışdığı kollektivin, istərsədə muğam  sevərlərin rəğbətini qazanmış Baxış Babaşova Kürdəmir Regional Mədəniyyət idarəsinin rəhbəri çox hörmətli Faiq Xudanlı tərəfindən  böyük etimad göstərilir. Belə ki, Baxış müəllim  29 avqust 2022- ci ildə uçurumla üz- üzə qalan İmişli rayon incəsənət məktəbinə direktor təyin edilir.. İlk iş günündən işini günün tələbinə qurmagı bacaran yeni rəhbər tez-tez kollektivlə görüşlər keçrir onlardan dövlər proqramına uygun fəaliyyət göstərmələrini tələb edir.Yeni direktorun bu tələbkarlığı istər kollektiv, istərsədə sözügedən incəsənət  məktəbində təhsil alan tələbələr tərəfindən rəğbətlə qarşılanır.İmişli rayon Uşaq İncəsənət Məktəbi əvvəlki illərdən fərqli olaraq son vaxtlar uğurlu fəaliyyətilə digər rayon mədəniyyət ocaqlarına nümunə olması heç kimə sirr deyil.Rayonda bütün tədbirdə uğurla çıxış edən İmişli rayon  incəsənət məktəbi eyni zamanda bu ilin rəsmən Heydər Əliyev  ili çərçivəsində və tanınmış Oftomoloq Zərifə xanım Əliyevanın  100 illik yubileyində öz fəallıqları ilə digərlərindən seçilmişlər.İmişli rayon Uşaq İncəsənət  məktəbində mütamadi musiqi, rəsm və digər mədəni sahələr üzrə  tədbirlər keçrilir. Buda əyani  sübutdur ki Baxış müəllim sözügedən incəsənət  məktəbinə rəhbərlik edəndən bu günə  məktəbdə canlanma açıq aşkar özünü büruzə verməkdədir.Amma onuda qeyd etmək lazımdır ki Baxış müəllim rəhbər olaraq qanuna uyğun tələblərini etməklə yanaşı, təhsil ocağında çalışan  müəllimlərdən öz sahələri üzrə yarışların təşkil edib  keçirilməsini, qaliblərə həvəsləndirici mükafatların verilməsinə də  münbit şərait yaradır.Bu addımda istər müəllimlər, istərsədə şagirdlər tərəfindən rəğbətlə qarşılanır.Mən onu qeyd etmək istəyirəm ki, direktora bu işdə yaxından kömək edənlərdən  rəsim müəlliməsi Gülçöhrə xanım Həsənovanı, Firtepiona müəlliməsi İradə Rəsulovanın,Vokal müəllimi Elnur Məcidovun, Tar müəllimi Cavid Əliyevin, Nağara müəllimi Anar Hətəmovun, Qarmon müəllimi Şəmsi Mehtiyevin və başqalarının adlarını qeyd etmək olar. Sözügedən təhsil ocağında hər kəs öz sahəsi üzrə üzərinə düşən işin öhdəsindən layiqincə gəlməyi bacaran nümunəvi kollektivdi.Mən onu  da qeyd etmək istəyirəm ki, məktəbin rəsim müəlliməsi  Gülçöhrə müəllimə  digər həmkarları kimi tədris etdiyi rəsm  ixtisasına  yiyələnmək  istəyən gənclərə bu peşənin sirrin həvəslə öyrədir, onların gələcəkdə  peşəkar rəssam ola bilmələri üçün əlindən gələni əsirgəmir.İmişli incəsənət məktəbinin bütün kollektivi  rayon tədbirlərində yaxından iştirak edirlər. Bir sözlə bu gün Baxış Babaşovun rəhbərliyi ilə İmişli rayon incəsənət məktəbi  bütün kollektivilə işini günün tələbinə uyğun qurmağı bacaran bir dövlət idarəsidir..Əvvəl ki illərdən fərqli olaraq İmişli rayon incəsənət  məktəbində hər sahə üzrə canlanma özünü açıq aşkar göstərir.Bütün bunlara görə buzdə öz növbəmizdə Kürdəmir Regional  Mədəniyyət idarəsinin rəhbəri Faiq Xudanlıya təşəkkür edirik ki, vaxtında qəbul etdiyi qərarla sözügedən incəsənət məktəbini daha böyük uçurumdan xilas etmiş oldu.Eyni zamanda  peşəsinə bağlı, işini günün tələbinə uyğun qurmagı bacaran Baxış Babaşov kimi istedadlı bir mütəxəssisə etimad  göstərərək bu məsul vəzifəni ona həvalə etdi.  

  SÜLEYMAN QULUYEV

Hiç yorum yok:

Yorum Gönder

Pages