İlham Əliyevdən Dövlət Gömrük Komitəsi ilə bağlı SƏRƏNCAM



Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Bu barədə President.az məlumat yayıb.

Qərara alınıb ki, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamının (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 9, maddə 187; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 1028; 2008, № 12, maddə 1057; 2011, № 1, maddə 21; 2018, № 11, maddə 2327; 2022, № 11, maddə 1331) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin kollegiyası aşağıdakı tərkibdə təsdiq edilsin:

Kollegiyanın sədri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Kollegiyanın üzvləri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavinləri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının baş idarə rəisləri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ərazi və ixtisaslaşdırılmış baş gömrük idarələrinin rəisləri”.

Hiç yorum yok:

Yorum Gönder

Pages