İbrahim Tatlısesin Bakıdakı konsertinin vaxtı dəyişdirildi



Məşhur müğənninin konserti təxirə salınıb.

Bakmiltv. İnfo xəbər verir ki, türkiyəli məşhur müğənni İbrahim Tatlısesin (İbrahim Tatlı) Bakıda mayın 20-də baş tutmalı olan konserti ləğv edilib.

Məsələ ilə bağlı Bakmiltv. İnfo -nın əməkdaşı konsertin təşkilatçıları ilə danışıb.

Təşkilatçı konsertin ləğv olunmadığını deyib:

“Konsert ləğv olunmayıb. Sadəcə keçirilmə vaxtı dəyişdirilib. Digər bir vaxta keçirilib. Sırf texniki səbəblərə görə, konsert oktyabr ayının 21-də keçiriləcək. Yəni texniki səbəblərə görə, yalnız tarixi dəyişdirilib. Biletlər artıq satışdadır”.

Qeyd edək ki, bu barədə ilk xəbəri olay.az verib.

Nəzrin Vahid 

Hiç yorum yok:

Yorum Gönder

Pages