Çavuşoğlu: “Türkiyə öz iqtisadiyyatı ilə dünyanın hər yerindədir”



“Bu gün artıq Türkiyə ixrac və investisiya sahəsində dünyanın hər yerində qərar tapıb”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib.

O bildirib ki, ixrac sahəsində Türkiyə hər il rekorda imza atır:

“Hədəfimiz ixracı 1 trilyona çatdırmaqdır. Bunu bacarmaq üçün imkanlarımız var”.

M.Çavuşoğlu deyib ki, əvvəllər vəziyyət belə deyildi:

“Artıq dünyanın hər yerində, o cümlədən Afrikada, Asiyada, Cənubi Amerikada varıq. Bu təşəbbüslərin hər biri iqtisadiyyatımızın daha da güclənməsinə kömək edir. Odur ki, ticarət sahəsindəki maneələri dəf etməliyik”.

Mənbə: Anadolu

Hiç yorum yok:

Yorum Gönder

Pages