Dünən Laçın yolunun girişində quraşdırılan yeni sərhəd keçid məntəqəsindən 11 nəfər istifadə edib.
Bu barədə “Caliber” “Telegram” kanalı öz mənbələrinə istinadla xəbər verib.
Bildirilir ki, avtomobillə səkkiz nəfər Xankəndi-Gorus istiqamətində hərəkət edib, üç nəfər isə ölkəmizin ərazisinə daxil olaraq, Xankəndi istiqamətinə gedib.
O da vurğulanıb ki, erməni təbliğat-təşviqatının ümidsiz və gülünc cəhdlərinə baxmayaraq, heç bir neqativ hal qeydə alınmayıb.
Hiç yorum yok:
Yorum Gönder