Böyük Qayıdış” Gənclər Təşkilatı 28 may ilə bağlı tədbirlər keçirib - FOTO



“Böyük Qayıdış” Gənclər Təşkilatı Müstəqillik Günü ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib. Həyata keçirilən tədbirlər gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, onların Azərbaycanın dövlətçilik ənənələri, milli şüurun formalaşması və müstəqillik tarixi haqqında məlumatlandırılması məqsədilə təşkil olunub.

Təşkilatın idarə heyətinin üzvlərinin, Vətən müharibəsi qazilərinin və üzv gənclərin iştirakı ilə Fəxri xiyabanda müasir Azərbaycan Respublikasının memarı ulu öndər Heydər Əliyevin məzarı ziyarət edilib. Daha sonra gənclər Vətən uğrunda canından keçən qəhrəmanlarımızı yad etmək üçün Şəhidlər xiyabanını və Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış “İstiqlal abidəsi”ni ziyarət ediblər.

Silsilə tədbirlər çərçivəsində Azərbaycan İstiqlal Muzeyinə ekskursiya təşkil olunub. Ekskursiya zamanı gənclər tarixin müxtəlif mərhələlərində Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizəsini, müstəqillik tarixini özündə əks etdirən eksponatlarla, nadir arxiv sənədlərlə, fotoşəkillər və numizmatik kolleksiyalarla yaxından tanış olub, muzeyin 6 zalında nümayiş olunan Azərbaycanın istiqlaliyyət tarixinin görkəmli şəxsiyyətlərinin həyatlarını əks etdirən foto və sənədlər haqqında ətraflı məlumat alıblar.

Həmçinin gənclərin iştirakı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş “Azərbaycan müstəqillik uğrunda mübarizə yolunda” adlı tədbir baş tutub. Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Fərhad Cabbarovun iştirakı ilə baş tutan görüşdə 28 May tariximizin ən şanlı səhifələrindən biri kimi hər bir azərbaycanlının qürur yeri olduğu, həmin dövr üçün demək olar ki, inqilabi ünsürləri ehtiva edən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi təfəkkürünün nəticəsi kimi dəyərləndirilib. Əlavə olunub ki, 1918-ci ildə mürəkkəb siyasi hərbi-şəraitdə Azərbaycan xalqı apardığı çətin və haqlı mübarizənin yekunu olaraq özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yarada bilib. Qeyd olunub ki, azadlığı sadəcə 23 ay sürən cümhuriyyət Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunun, azadlıq arzusunun alovlanmasında xüsusi rol oynayıb. Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti özünün həyatiliyi və yüksək işgüzarlıq qabiliyyətini sübut etdi.

Bildirilib ki, 1920-ci il 28 aprel işğalı ilə azadlıq uğrunda mübarizəsini dayandıran Azərbaycan XX əsrin sonlarında müstəqilliyinə təkrar qovuşaraq suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi, dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.

Bizimlə əlaqə saxlayın

Hiç yorum yok:

Yorum Gönder

Pages