AĞCABƏDİ RAYON MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI A.S.C-nin rəis müavini KƏNAN KÖÇƏRİYEV HÖKMÜRANLIĞINA "DUR" DEYƏ BİLƏCƏK BİR DÖVLƏT ADAMI TAPILACAQMI? YOXSA FERMERLƏRƏ KƏNAN KÖÇƏRİYEV ZÜLMÜ HƏLƏDƏ ÇOX DAVAM EDƏCƏK.


Söhbət Ağcabədi rayonda kənd təsərrüfatı ilə məşğul olanlara qarşı Ağcabədi rayon S.S İ-nin rəis müavini Kənan Köçəriyevin üzərinə düşən işin öhdəsindən gəlmək əvəzinə dövlətlə sahibkarlar arasında qarşıdurma yaratmaq istəməsindən gedir.Kənan Köçəriyev ölkəmizdə müvəqqəti yaranmış su qıtlığından istifadə edərək fermerlərlə dövlət arasında süni əngəl yaratmaqdan sanki zövq alır.Ona müraciət edənlərə yalan vədlər verir, onları get gələ salır.Hətta kömək üçün müraciət edənləri iş otağında qoyaraq aradanda çıxır. Kənanın bu özbaşnalığının ağır acısını kəndlilər çəkir.Beləki rəis müavininin səhlənkarlığı səbəbindən kəndlinin illik dolanışığı olan kənd təsərrüfatı məhsulu susundan yanaraq məhv olur. Kənan müəllim müsahibələrinin birində isə qeyd edir ki Ağcabədi rayon S.S.İ ümumilikdə rayon üzrə 63.000 hektar əraziyə xidmət edir onun deməsinə görə 26.700 ha əraziyə sub- artezian quyuları vasitəsilə 3.300 hektara yaxın əraziyə isə öz axını ilə su verilir. Amma bizim apardığımız müşahidədən və adının çəkilməsini istəməyən mənbəyimizin verdiyi məlumatadan biz belə qənaətə gəldik ki, Köçəriyevin dedikləri cəfəngiyyatdan başqa bir şey deyil. 02 May 2023 cü il tarixdə biz Ağcabədi rayonun icra hakimiyyəti başçısınnın qəbuluna şikayətə gələn vətəndaşların əksəriyyətini sahibkarlar olduğunun şahidi olduq. Onlar əkdikləri taxıl, pambıq, yonca və digər əkinlərini suvara bilmədiklərini hətta mal qalalarını suvarmaq üçün su tapmadıqlarını bildirdilər. İcra hakimiyyətinə şikayətə gələn fermerləri icra hakimiyyətinin inzibati binasının qarşısında Ağcabədi rayon S.S İ nin müdiri Azər müəllim qarşılayaraq onlardan şikayət üçün icra başçısının qəbuluna girməməyi xahiş etdi.Və bildirdi ki günün ikinci yarsında sudan çətinlik çəkən kəndlərdə olacağ və problemlərinin həll edəcəyinə söz verdi. Bəzi fermerlər isə MOTORLARIN şor kanallarına və ya öz axarı ilə axan arxlarda ərazilərə quraşdırılaraq onların əkin sahələrinin suvarmalarına kömək edilməsini Azər müəllimdən xahiş edirdilər.Hətta bəziləri ərazidə motorların olduğunu həmin motorların işləyərək su vura bilməsi üçün yanacağın olmamadığını bildirirdilər.Amma bizdə olan məlumata görə müvəqqəti yaranmış su qıtlığının aradan qaldırılması üçün MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI A.S.C sədri Zaur Mikayılov dövlət proqramına uyğun olaraq respublikanın suya ehtiyac olan rayonlarına, fermerlərin əkin sahələrini suvarmaları üçün rayonların S.S.İ- ni yetərincə yanacaqla təmin etmişdir.Lakin Komitə sədri Zaur Mikayılov bu uğurlu addımı K.Köçəriyev kimlər tərəfindən əngəllənir.Bəs görəsən K. Köçəriyev bu hərəkətilə kimə güvənir və sahibkarlarla dövlət arasında qarşı durma yaratmaqla kimin tapşrıqlarını icra edir. Biz Ağcabədi rayonunda olanda Qaradolağ kəndində Bakı Xanqızı adlanan kanalda da suyun olmamasının şahidi olduq. Bundan başqa rayonun Poladlı, Qaynaq və digər kəndindədə apardığımız müşahidə zamanı sözügedən kəndlərində fermerlərinin susuzluqdan əziyyət çəkdiklərinin şahidi olduq. Bəs bu acınacaqlı olaya Ağcabədi rayon icra hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun Meliorasiya və Su Təsərrüfatı A.S.C-nin sədri cənab Zaur Mikayılov və Ağcabədi rayon S.S. İ-nin müdiri Azər müəllimin münasibəti necədir.? Bəs görəsən Kənan Köçəriyev hökmranlığına adların çəkdiyim səlahiyyət sahibləri "DUR' deyə biləcəklərmi?.Yoxsa bu zülün hələ çox davam edəcək. Mövzunu diqqətimizdə saxlayacağıq.Redaksiya məqalədə adları çəkilənlərində mövqeyini dərc etməyə hazırdı. Mehman Məmmədoğlu.


Hiç yorum yok:

Yorum Gönder

Pages