Ukrayna prezidenti Volodimir Zelenski Çex Respublikasının yeni prezidenti Petr Pavel və Slovakiya prezidenti Zuzana Çaputova ilə görüşüb.
Zelenski çexiyalı həmkarına səfərə görə təşəkkür edib və həmçinin qeyd edib ki, Çex Respublikası ilk günlərdən Ukraynaya kömək edib.
“Biz genişmiqyaslı işğalın ilk günündən Çex Respublikasının, hökumətinin və bütün cəmiyyətin dəstəyini yüksək qiymətləndiririk”, - deyə prezident bildirib.
Daha sonra dövlət başçısı Slovakiya Prezidenti ilə görüşüb. Zelenski ona Ukrayna xalqını, ordusunu dəstəklədiyinə və ölkənin bərpasına kömək etdiyinə görə təşəkkürünü bildirib.
Xatırladaq ki, ötən gün Çex Respublikasının və Slovakiyanın prezidentləri Ukraynanın paytaxtı Kiyevə səfər ediblər.
Mənbə: Glavnoe.in.ua
Hiç yorum yok:
Yorum Gönder