Valentin İvanov: “Heydər Əliyevin səyləri nəticəsində təkcə dəmir yolları deyil, həm də şəhərlər salınıb”



“Heydər Əliyev doğma ölkəsinin çiçəklənməsi və inkişafı üçün çalışıb”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya nəqliyyat nazirinin müavini Valentin İvanov Moskvada “Heydər Əliyevin Baykal-Amur magistral (BAM) xəttinin tikintisində müstəsna rolu” mövzusunda keçirilən tədbirdə deyib.

O xatırladıb ki, bu il Azərbaycan SSRİ-nin rəhbəri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur:

“O, həm də Baykal-Amur magistralının tikintisinə rəhbərlik edən şəxslərdən biri olub. Heydər Əliyevin səyləri nəticəsində minlərlə kilometr dəmir yolu xətti çəkilib, yeni qəsəbələr və şəhərlər salınıb”.

“Bu gün BAM və Trans-Sibir həyat yollarıdır. Onlar aktiv inkişaf edir və 100 faiz istifadə olunur. Biz BAM-ı inkişaf etdirməyə davam edəcəyik”, - nazir müavini bildirib.

O, həmçinin BAM-ın inşaatçılarına və təşkilatçılarına minnətdarlığını ifadə edib.

Hiç yorum yok:

Yorum Gönder

Pages