Ömrünün önəmli bir hissəsini Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Maddi -Texniki Təminat (Arxa) xidmətlərinə həsr edən , bu müddətin də böyük hissəsini Alay və Briqada komandirinin , Ali Hərbi Məktəb rəisinin Maddi- Texniki Təminat (Arxa) Xidmətləri üzrə müavini vəzifəsində xidmət etmiş ehtiyatda olan polkovnik Novruzov Rövşən Hidayət oğlunun aprel ayının 26- da anadan olmasının 57 yaşı tamam olunur.
Daima həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan ehtiyatda olan polkovnik Novruzov Rövşən Hidayət oğlunu doğum günü münasibətilə Daxili Qoşunların hərbi vəzifələri,doğmaları və iş yoldaşıları səmimi- qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçünən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,
Rövşən yaşınızın üstə gələn bu yaş sizə sevinc dolu günlər bəxş etsin və hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin.
Polkovnik Novruzov Rövşən Hidayət oğlu 1966 -cı ilin aprel ayının 26 -da Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonun Xok kəndində anadan olub.
1983 - cü ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonun Xok kənd orta məktəbi, 1993 - cü ildə Moskva şəhərində Qida Saneyisi Ünverstetini, 2001 -ci Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki - təlim toplanışlarda , müvafiq kurslarda, xüsusi - taktiki təlimlərdə, nümunəvi - köstərici məşğələlərdə,seminar və konfranslarda fəal iştirak edib.
1984 1986 -ci illərdə Rusiya Sovet Sosialist Respublikasının Kirov şəhərində yerləşən hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
1995- 2016 -ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Naxçıvan Muxtar Respublikasında, Bakı şəhəri Nərimanov, Biləcəri və Xəzər rayonlarında yerləşən hərbi hissələrində və Ali Hərbi Məktəbdə Ərzaq və Əşya xidmət rəisi, Briqada ( Alay) komandirinin və Ali Hərbi Məktəb rəisinin Maddi Texniki Təminat Xidmətləri üzrə müavini, Daxili Qoşunların Baş İdarəsinin Maddi texniki təminat idarəsində isə Ərzaq xidmətində baş zabit vəzifələrində Vətənə Dövlətə və xalqa xidmət edib.
Rövşən qorxmaz, insanpərvər, səxavətli, əliaçıq bir baş zabitdir. O, istər orta və ali təhsil müəssisələrində təhsil aldığı illərində, istərsə də də xidmət etdiyi və işlədiyi kollektivlərdə,dost-tanış, qohum - əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.
O ulu öndərin idealarına,dövlət başçısının yeritdiyi siyasətə, dövlətcliyə, sadiq, hər zaman sözu ılə əməli bir olan zəhmətkeş zabit kimi tanınır.
Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına və xidmət etdiyi hərbi hissəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsində, cinayətkarlığa qarşı mübarizənin təşkilində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, eyni zamanda, briqada komandirinin və Ali Hərbi Məktəb rəisinin Maddi Texniki Təminat xidmətləri üzrə müavini kimi küratoru olduğu xidmət sahələrinin fəaliyyətinin çevik və məqsədyönlü idarə olunmasında, düzgün istiqamətləndirilməsində yüksək peşəkarlıq və təşkilatçılıq bacarığı nümayiş etdirib.
Hərbi Xidməti Vəzifələrinin icrasına məsuliyyətlə yanşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlaçı döş, yubiley və müvafiq idman dərəcələri ilə, bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə, mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Rövşən Novruzovun səmərəli və məqsədyönlü fəaliyyətinin Daxili İşlər Nazirliyin və Daxili Qoşunlar Komandanlığının rəhbərliyi tərəfindən həmişə yüksək qiymətləndirldiyinə görə, möhtərəm Prezidentimizin müvafiq fərmanı və sərancamları ilə o," Hərbi xidmətlərə görə", "Qusursuz xidmətlərə görə" 1-ci, 2-ci və 3-cü dərəcəli, " Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının" isə 10 - iliyi, 90- illiyi və 95 -iliyi yubiley medalları ilə təltif olunub .
28 ildən çoxdur mən polkovnik Rövşən Novruzovu tanyıram 2001- ci ildə onunla birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişəm. Allah –Təala ondan razı olsun. Onu və onun ailəsini Uca Yaradan xoşbəxt etsin. Onların bu dünyasını gözəl, bərəkətli, axrətini isə daha gözəl və bərəkətli etsin.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. RÖVŞƏN !
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN! polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder