Təbrik: Qurban Aşurov-54



Ömrünün önəmli bir hissəsini hərbi xidmətə həsr edən Müharibə Veteranı ehtiyatda olan mayor Aşurov Qurban Əbdurrəhman oğlunun aprel ayının 30- da anadan olmasının 54 yaşl tamam olur.Belə bir ələmətdar gün münasibətilə Qurban Aşurovu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin rəhbərliyi,Daxili Qoşunların hərbi vəzifəliləri,doğmaları, döyüşcü və iş yoldaşları  səmimi -qəlbdən təbrik edir,ona həyatda möhkəm cansağlığı arzu edib deyirlər, Quban qoy yaşınızın üstə gələn bu yaş sizə sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin.

  

Aşurov Qurban Əbdurrəhman oğlu 1969-cu ilin aprel ayının 30-da Azərbaycan Respublikasının Qax rayonunda zəhmətkeş ailədə anadan olub.

1983 - cü ildə Qax rayonunda orta məktəbin    7- ci sinifni, 1986-cı ildə Bakı şəhərində Cəmşid Naxçıvanski adına Hərbi liseyi, 1990- cu ildə isə Ukrayna Sovet Sosialist Respublikasında Lvov Ali Hərbi Sıyası məktəbi bitirib. O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsinində və hərbı hissələrdə kecirlən bir cox təlim- metodiki  toplanışlarda, müvafiq kurslarda, xüsusi- taktiki təlimlərdə, komanda- qərargah məşqilərində, seminar və konfranslarda fəal iştirak edib.

1990- 1991 - ci illərdə Sovet Ordusunun Bakı şəhərində yerləşən hərbi azərnəşirin senzuranın rəisi, 1992- 1994 -cü ilərdə Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlı dəstəsində qurup komandiri,1994- 1996  - cı illərdə Azərbaycan Ordusunun Binəqədi rayonunda yerləşən hərbi hissəində əks kəşfiyyat xidməti üzrə baş zabit vəzifəsində olub.

2003- 2017 ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Xətai və Zakatala rayonlarında yerləşən hərbi hissələrində xüsusi təyinatlı böluk komandirinin müavini, böluk komandiri və tabor komandirinin müavini- tabor qərargahının rəisi vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib .Hal- hazırda  Qarabağ əlillərinə qayğı ictimai birliyinin Xətai rayon şöbəsinin sədridir.


Mayor Aşurov Qurban Əbdurrəhman oğlu Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili doşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində tabeliyindəkilər ucun nümnə olmuşdur.

Qurban Aşurov Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində özünü qouxmaz, incanpərvər, saxavətli, əlıacıq zəhmətkeş zabit kimi göstərmişdir. O, istər məktəb illərində, istərsə də xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost-tanış, qohum- əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda,şəhərdə və yaşayış məntəqələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində , fövqaladə vəziyət zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ( Lacın, Zəngilan və Qubadlı rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Müharibə Veteranıdır.


Mayor Qurban Aşurov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ( Qubadlı, laçın və Zəngilan rayonları istiqamətində) gedən döyüşlərdə fəriqləndiyinə görə 1991 -ci ilin Oktyabr ayında Qubadlı rayonuda Az.TV kanalının Hünər verlişinə cəkilib.

Hərbi Xidmətəi vəzifələrin icrası zamanı yüksək mənəvi — döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxil Qoşunlar Komandanın və onun müavinlərinin, Livov ali hərbi siyası məktəb rəisinin, Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına hərbi lisey rəisinin , xidmət etdiyi hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı döş, müvafiq idman dərəcəsi və yubiley nişanları təltif olunub , bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələr ilə mükafatlandırlıb, ona təşəkkür elan edilib, Daxil Qoşunlarda qırmızı birət (pilotka ) baş geyiminin daşınması na layıq görlüb.

Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin- amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:

1.”Qüsursuz xidmətə görə” 1 -ci dərəcəli medal -Silahlı qüvvələrdə 20 təqvim ili xidmətə görə;

 2.”Qüsursuz xidmətə görə” 2 -ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə ;

3.”Qusursuz xidmətə görə” 3- cü dərəcəli  medal- Silahlı Qüvvələrdə -10 il təqvim ili xidmətə görə;

 4.”Azərbaycan Respubilkası  Silahlı Qüvvələrinin yaranmasının  10 -illiyi ( 1991- 2001)” medala;

5.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi (1918- 2008)” medala;

 6.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının  95 illiyi ( 1918- 2013 )” medala.


 DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, QURBAN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

 ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN CİN OLSUN!

 Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi (AVMVİB) sədrinin hüquqi məsələlər üzrə  müavini polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages