Təbrik: Natiq İbrahimov-59



   

İnsan üçün ən yadda qalan günlərin başlıcası onun həyata gəldiyi gündür. Ömrə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur.

   Bu bahar təravətli yaz günündə peşəkarlığı, humanistliyi, nəzəri və praktiki biliyi,işgüzarlığı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, təcavüzkarlığı  və vətənpərvərliyi ilə seçilən Allahın verdiyi şərəfli və mənalı ömürün ən məhsuldar dövrünün 22 - ildən çox şərəfli xidmət yolunu hərbi xidmətə həsir etmiş istefda olan polkovnik -  leytenant İbrahimov Natiq Şamil oğlunun aprel ayının 29 da 59 yaşı tamam olur.

 Daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan istefada olan polkovnik - leytenant  İbrahimov Natiq Şamil oğlunu doğum günü münasibəti Din-in Daxili Qoşunların hərbi vəzifələri,

iş yoldaşları,doğmalarıvə yaxın qohumları səmimi -qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin  nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Natiq qoy yaşnızın üstə gələn bu yaş  sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz isə ötən illərdən daha gözəl istəklərinə uyğun sən xoşbəxt edəcək şəkildə keçsin.

    Polkovnik - leytenant  İbrahimov Natiq Şamil oğlu  1964 -cü ildə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Tumaslı  kəndində anadan olub.

 

1981- ci ildə  Şərur rayonun Tumaslı kənd orta məktəbi,  1986- cı ildə Azərbaycan Politexnik İnstitunu,  1989 -cu ildə müvafiq (Marksizm və Leninzim ) Ünverstetini,  bitrib.O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili İşlər Nazirliyinin  Daxili Qoşunların Baş İdarəsində və Naxçıvan Muxtar Respublikasının Əlahiddə Ümum  Qoşun Ordusunda və hərbi hissələrində keçirilən bir çox metodiki- təlim toplanışlarda,  xüsusi taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib. Hərbi təcürbə mübadiləsi əldə etmək üçün Türkiyəyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin Ankarara, İstanbul,  İzmir (Foce) və Igdır şəhərində yerləşən hərbi hissələrdə və hərbı məktəblərdə işgüzar səfərdə olmuşdur.

    1989 - 1990 - ci illərdə  Sovet Ordusunun Gürcüstan Respublikasının Batumi şəhərində yerləşən hərbi hissələrində taqım komandiri,  1995 - 2015 -ci illərdə Daxili Qoşunların Baş İdarəsinin Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində  və Bərdə rayonunda yerləşən Briqadada xüsusi təyinatlı taqım komandiri, tərbiyə bölməsində baş təlmatcı , Briqadada (Alay) komandirinin tərbiyəvi işlər üzrə müavini vəzifəsində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edib.

    O,müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın,  hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.

    Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində baş vermiş ixtşaşların qarşısının alınmasında,  mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində , fövqaladə vəziyət zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında,   dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacl döş və yubiley nişanları ilə, bir cox fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

    Səmərəli və məqsədyönlü fəaliyyəti ilə xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikası Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə  "Qusursuz Xidmətlərə Görə" 1-ci ,2-ci və 3-cü dərəcəli, "Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının" 10 -iliyi və 90-iliyi yubileyi medalları ilə təltif  olunub.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN.  NATİQ!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages