Şərəflə yaşanan ömrür yolu: Qurbanəli Kazımov -56 .



    Ömürünün, önəmli bir hissəsinin şərəfli xidmət yolunu Sovet Ordusunda  və Müzəffər Ordmuzun əsas dayaq hissələrdən biri olan Azrbaycan Respublikası Daxili Işlər Nazirliyinin Daxili Qoşunların tərkibində  şərəfli xidmət yolu kecmiş Şəhid atası Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan polkovnik leytenant Kazımov Qurbanəli Musa oğlunun aprel ayının 29 -da 56 yaşı tamam olur.

    Dəyərli həmkarmız   Qurbanəli Kazımovun  şərəfli hərbi peşəsini   ailəsində oğlu Kamran Kazımov çox uğurla məharətlə  davam etdirmişdir.Atasının şərəfli yolunu daşıyan gənc hərbiçi baş- leytenant  Kamran Kazımov 44 - günlük Vətən müharibəsində Daxili Qoşunların Xüsusi təyinatlı Dəstəsinin tərkibində qrup komandiri  kimi Füzulinin,Cabrayılın və Kəlbəcərin azad olunmasında əldə silah yaxından iştirak etmişdir.Növbəti vəzifə və tapşırıqları yerinə yetirərkən, qəhramancasına həlak olaraq şəhidlik zirvəsinə yüksəlmişdir.  Azərbaycan döləti qarşısında xidmətləri olan şəhid Kamran Qurbanəli oğlu Füzulinin, Cəbrayılın, Kəlbəcərin işğaldan azad olunmasında böyük xidmətləri ollmuşdur.O, Dövlət Mükafatları ilə ( "Qarabağ Ordeni" ," Vətən Uğrunda " ," Cabrayılın azad olunması, " Kəlbəcərin azad olunması ", " İgidliyə görə" "Qüsursuz xidmətlərə görə" 2-ci   və 3-cü dərəcəli", "Azərvaycan Respubilkası Silahlı Qüvvələrin yaranmasının" isə 10-iliyi , 90- illiyi və 95-iliyi yubiley medalarla təltif edilib. Dəyərli Vətən oğlu, yaxşı ailə başçısı Qurbanəli Kazımova şəhid ailəsi kimi ehtiramımızı bildiririk.

 

Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Şəhid atası  Silahlı Qüvvələrin və Müharibə Veteranı ehtiyatda olan polkovnik - leytenant  Kazımov Qurbanəli Musa oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (Avmvib) rəhbərliyi,Din-in Daxili Qoşunların hərbi vəzifələri, iş və döyüşcü  yoldaşları,səmimi- qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib, deyirlər

Qurbanəli qoy yaşınızın üstə gələn bu yaş sizə sevinc dolu günlər bəxş etsin və hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin.

     Polkovnik -  leytenant Kazımov Qurbanəli Musa oğlu  1967 - ci illin aprel ayının 29 da Azərbaycan Respublikasının  Ucar rayonunun Bərgüşad kəndində anadan olub.

  1984 - cü ildə  Ucar rayonun Bərgüşad kənd orta məktəbini,  1988 - ci ildə isə Estoniya Sovet Sosialist Respublikasının  Tallin şəhərində Ali Hərbi Siyasi Məktəbi bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir cox metodiki - təlim toplanışlarda , müvafiq kurslarda,  xüsusi - taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

O,1988 - 1992 -ci illərdə Rusiya Sovet Sosialist  Respublikasının Voloqda Vilayətində yerləşən hərbi hissələrində böluk komandirinin tərbiyəvi işlər üzrə müavini,  böluk komandiri, 1992 - 2012 -ci illərdə isə Din-in Daxili Qoşunların Nərimanov

rayonunda, Gəncə və Lənkəran şəhərlərində  yerləşən hərbi hissələrində böluk komandiri,  Nizami hissə rəisi, alay

(briqada) komandirinin tərbiyəvi işlər üzrə müavini,  Daxili Qoşunların Bas İdarəsində isə Əməliyyat və Kadrlar  şöbələrində baş zabit , Kadırlar şöbəsinin rəis müavini, Kadırlar şöbəsinin rəis əvəzi vəzifələrində Vətənə Dövlətə və Xalqa  sədaqətlə xidmət edib.

    Qurbanəli Kazımov

qanunvericilik  ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında,  fövqalədə vəziyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, cinaətkarlığa qarşı mübarizədə,eyni zamanda hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini  (Kadırlar şöbəsinin rəis müavini) kimi kuratoru olduğu xidmət sahələrinin fəalıyyətının cevik və məqsədyönlü idarə olunmasında, düzgün istiqamətləndirilməsində yüksək peşəkarlıq və təşkilatçılıq bacarığı  nümayiş etdirmiş, Dövlətin ərazi bütövlüyün təmin edilməsində isə üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

     Polkovnik-leytenant   Qurbanəli Kazımov uzaqgörən, savadlı, sözünü hər yerdə deyən, ədalətli, mərd, mehriban, istiqanlı, coşqun təbiətli, gözəl natiq və   daxili sağlığı ilə bəli olan geniş dəyərli vətənpərvər, vətəni sevən millət oğludur.

    O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

     Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.Müharibə Veteranıdır.

    Hərbi Xidməti Vəzifələrinin  icrasına məsuliyyətlə yaşadığına görə  Daxili İşlər Nazirinin, Daxili Qoşunlar   Komandanının və onun müavinlərinin, ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin  müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı döş, yubiley və müvafiq idman dərəcələri nişanları   ilə, bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə, mükafatlandırlıb və ona təşəkkür elan edilib.

    Döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə, şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağdakı medalarla təltif edilib.


1."Azərbaycan Respubilkası Silahlı Qüvvələr Veteranı" medala;


2."Qüsursuz xidmətlərə görə " 1-ci  dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;


2.”Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal- Silahlı Qüvvələrdə15 təqvim ili xidmət  görə;


4.”Qusursuz xidmətə görə”  3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;


5."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının"  10-iliyi(1991-2001)” medala;


6.”Azərbaycan Respublikası Silahlı Qüvvələrin yaranmasınln 90-illiyi (1918-2008)” medala.  






DOĞUM GÜNÜN MÜBARƏK OLSUN . QURBANƏLİ !

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi sədrinin hüquqi məsələlər üzrə  müavini polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages