“Artıq birincisini 2018-ci ildə təşkil etdiyimiz “TEKNOFEST” öz sahəsində brendə çevrilib”.
“Report” xəbər verir ki, bunu aprelin 29-da İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə prezidenti 2022-ci ildə Bakıda azərbaycanlı gənclərlə “TEKNOFEST” sevincini yaşadıqlarını və ölkənin müxtəlif şəhərlərindən texnologiya, müdafiə sənayesi və elmlə maraqlanan gəncləri bir araya gətirdiklərini qeyd edib
Onun sözlərinə görə, müraciət edən komandaların sayı hər il artır: “Bildiyiniz kimi, 2018-ci ildə 4 333 müraciətlə başladıq. Bu il isə 81 vilayət və 96 ölkədən 333 min komandaya, 1 milyon rəqib müraciətinə çatdıq”.
Ərdoğan vurğulayıb ki, müsabiqə kateqoriyalarının sayı 14-dən 41 əsas və 102 alt kateqoriyaya yüksəlib: “İştirakın artması ilə mükafat və təşviqlərimizin məbləği də artıb. Cəmi 4 milyon TL mükafat və dəstək məbləği ilə başlayan proses 44 milyon TL-yə çatıb. İnanıram ki, rekordlar və ilklər festivalı olan TEKNOFEST uğur zolağını daha da yüksəldəcək”.
Hiç yorum yok:
Yorum Gönder