Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Akkuyu Atom Elektrik Stansiyasının açılış mərasiminə onlayn qatılacaq.
Bunu Ədalət və İnkişaf Partiyasının sədr müavini Erkan Kandemir açıqlayıb. O, bu barədə sosial media hesabından paylaşım edib.
“Prezidentimiz sabah keçirilməsi planlaşdırılan Akkuyu Atom Elektrik Stansiyasının mərasiminə onlayn olaraq qatılacaq. Mersin mitinqimizin daha sonra keçirilməsi planlaşdırılır”, - Kandemir qeyd edib.
Hiç yorum yok:
Yorum Gönder