Ötən gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsi olub.
PhotoStock.Az Qədr gecəsində Məşədi Dadaş məscidində olub.
Hər il bu gecədə insanlar məscidlərə gedərək, sübhə qədər ibadət edirlər. Gecə gün batandan səhər sübh azanına qədər davam edən əhya (diriliş, dirçəliş) gecələrində axundlar fasilələrlə xütbə oxuyurlar.
Belə ki, Qədr gecəsi Allahın Qurani-Kərimi yer üzünə göndərdiyi həmin gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.
Həmin gecə bütün məscidlər kimi Məşədi Dadaş məscidi də ibadət edənlər üçün açıq idi.
Qeyd edək ki, ötən illərdən fərqli olaraq bu il moizələri Hacı Şahin deyil, onu əvəz edən Elmir Vəliyev oxuyub.
Məscidə toplaşan insanlar Hacı Şahin Həsənlinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib, Allahdan ona rəhmət diləyiblər.
Daha sonra Qədr gecəsinin duaları oxunub, məscidə toplaşan yüzlərlə inanclı insan birgə xalqımızın rifahı üçün dualar ediblər.
Qeyd edək ki, bu il Ramazan ayının ehtimal edilən digər Qədr gecələri aprelin 11 və 13-ü tarixlərinə təsadüf edəcək.
Daha çox foto burada: PhotoStock.az
Hiç yorum yok:
Yorum Gönder