ÖMƏR NƏVƏM DOĞUM GÜNÜN MÜBARƏK!




TƏBRİK EDİRİK !...


İnsan ücün ən yaddaqalan günlərin başlıcası onun dünyaya gəldiyi gündür.  Əziz nəvəm Məmmədov Ömər Teymuraz oğlunun aprel ayının 8- də 5 yaşı tam olur. Belə bir əlamətdar  gün münasibətlə əziz Ömərimi babaları, nənələri, atası, anası, bacıları, dayısı, əmisi, mamaları (bibiləri) və ən yaxın qohumları  səmimi - qəlbdən təbrik edir, ona həyatda polad kimi möhkəm can sağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Ömər qoy yaşınızın üstə gələn bu yaş sizə sevinc dolu günlər bəxş etsin və hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun səni  xoşbəxt edəcək şəkildə keçsin.

 

Əziz Ömər nəvəm!

Sənin gəlişinə sevindi ürək,

Sənin xoş günü daimi görək,

 Hər cicəklərdən ömrünə cicəkıər örək,

 Həyatda şirin varlıqdır nəvə.

 

Hər kəsin öz arzu diləyi vardlr,

 Oğlu,  qızı olan nə bəxtəfərdir,

 Övlad arxadır, həmdə dayaqdır,

 Həyatda ən şirin varlıqdır nəvə.

 

 Ömrümüzə nəfəs verəndir nəvə,

Dövlətdə dəvədir, övlada nəvədir,

 Necə də şirinmiş baldanda nəvə,

 Həyatda ən şirin varlıqdır nəvə.

  Allah  bütün nəvələrimizi saxlasın, onların xoş günlərinin görməsini babalarına, nənələrinə, atasına və anasına  qismət etsin.

 

  Doğum günün mübarək olsun əziz  nəvəm Ömər !


Hörmətlə:

Salman Musayeb

Hiç yorum yok:

Yorum Gönder

Pages