Mehriban Xanlarova Azərpaşa Nemətov haqqında yazanlara: “Cəsarəti çatan çıxıb sözünü deyərdi” - FOTO



Əməkdar artist Mehriban Xanlarova mərhum Azərpaşa Nemətov barədə status yazan aktyorların ünvanına sərt sözlər səsləndirib.

Bu barədə aktrisa “Instagram” da paylaşım edib.

O, Azərpaşa Nemətov öldükdən sonra onun haqqında mənfi status yazan həmkarlarını qorxaq adlandırıb.

“Sosial şəbəkələrdə oxuyuram ki, bu gün dünyasını dəyişən və hələ dəfn olunmamış Azərpaşa Nemətov haqqında artıq-əskik danışırlar. Ölən insanın arxasınca artıq-əskik danışmaq insanlığa sığmır! Cəsarəti çatan çıxıb sözünü deyərdi! Kimsə öləndən sonra ona qarşı “şirə dönmək” qorxaqlıqdır! Bu ölümdən hamı üçün var! Kimə rəhmət düşür, ya düşmür Allahın biləcəyi işdir!”


Hiç yorum yok:

Yorum Gönder

Pages