Kosmosa yollanacaq türklərin adları açıqlandı - FOTO/VİDEO



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kosmosa yollanacaq ilk türklərin adlarını açıqlayıb.

O, bu barədə İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında elan edib.

“Bayrağımızı kosmosda qürurla daşıyacaq kosmonavtlarımızı tanımaq vaxtıdır. Beynəlxalq Kosmik Stansiyaya gedəcək Alper Gezeravcı - Hərbi Hava Qüvvələrində mühüm uğurlar qazanmış qəhrəman türk pilotudur. Ehtiyat kosmonavt seçilən Cihangir Atasever də ROKETSAN-da sistem mühəndisidir”, - deyə dövlət başçısı vurğulayıb.

Mənbə: Haber Global

Hiç yorum yok:

Yorum Gönder

Pages