Üzərinə qaynar qır qazanı aşan yeniyetmənin müalicəsinin davam etdirə bilməsi üçün yenidən sizin yardımınıza ehtiyacı var.
Bu barədə Bakmiltv. İnfo -ya onun anası Allahverdiyeva Gülnarə məlumat verib.
O qeyd edib ki, hadisədən artıq bir il ötür.
Belə ki, həyətdə tikintidə istifadə etmək üçün bitum-neft qarışığı (qır) qaynadılırmış. Bu zaman həyətdə oynayan iki azyaşlı qazana yaxınlaşıblar. Sənan azyaşlıları qorumaq üçün onları kənara çəkib, lakin ayağı sürüşərək yıxılıb. Bu zaman qır onun üzərinə dağılıb. Nəticədə 15 yaşlı Sənanın üzü və bədəninin müxtəlif hissələri ağır şəkildə yanıb.
O, dörd dəfə dəriköçürmə əməliyyatı keçirib. Bu əməliyyatların hamısı yardımsevər insanların sayəsində həyata keçirilib. Sənan onların sayəsində sağlamlığına qovuşmaq üzrədir. Bunun üçün lap az qalıb.
Gülnarə Allahverdiyeva bildirib ki, övladının müalicəsini yekunlaşdırmaları üçün gücləri yoxdur:
“Biz hər ay Sənanı fizioterapiyaya aparmalıyıq. Yoxsa Sənanın keçirdiyi əməliyyatların da bir əhəmiyyəti qalmır. Sənan çox ümidlidir ki, sağalacaq. Çünki onun bu günlərə gəlməsi üçün çalışan xeyirxah insanlar bizi yarı yolda buraxmayacaqlar. Biz buna əminik. Yenidən həmin insanlara səslənirik. Xahiş edirik bizim balamıza yenidən kömək edin”.
Sənanın anası qeyd edib ki, bu mərhələdə onlara 800 manat lazımdır.
Qeyd: Sənanın vəziyyəti ilə tanış olmaq istəyənlər aşağıdakı əlaqə nömrəsindən ona görüntülü zəng də edə bilərlər.
Əlaqə nömrəsi: 055 727 05 48
Hiç yorum yok:
Yorum Gönder