Azərbaycanda peşəkar həkimlərin yetişməsində Zərifə Əliyevanın əməyi var” - RƏY + FOTO



“Zərifə Əliyeva dünya şöhrətli alim olub. Azərbaycanda həkimlərin yetişməsində, göz xəstəlikləri ilə bağlı görülən işlərdə Zərifə Əliyevanın əməyi var. Tibb işçiləri, göz həkimləri, ümumiyyətlə Azərbaycan xalqı hər zaman onu ehtiramla yad edəcək”.

Bu fikirləri Bakmiltv. İnfo -ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov akademik Zərifə Əliyevanın elmi fəaliyyəti ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Zərifə Əliyeva SSRİ-nin göz xəstəlikləri ilə bağlı mükafatını almış ilk azərbaycanlı qadındır:

“Zərifə Əliyeva akademik, dünya şöhrətli oftalmoloq və SSRİ-nin göz xəstəlikləri ilə bağlı mükafatını almış ilk azərbaycanlı qadın, nəcib, xeyirxah insan idi. O, ümummilli liderimiz Heydər Əliyevin ömür-gün yoldaşı, Ali Baş Komandanımızın anasıdır. Bu hər adama nəsib olmur. Zərifə xanım bir insan kimi bütün missiyalarının öhdəsindən layiqincə gəlib”.

V.İskəndərov qeyd edib ki, Zərifə Əliyeva cəmiyyətin həyatında silinməz iz qoyan şəxsiyyətlərdəndir:

“Ümummilli liderimiz çox çətin sınaqlardan keçib. Bu insan 1969-cu ildə Azərbaycana, SSRİ-yə rəhbərlik etdiyi dövrdə Azərbaycanın inkişafı üçün xeyli iş görüb. Zərifə Əliyeva da hər zaman Heydər Əliyevin yanında olub”.

Deputat əlavə edib ki, Zərifə Əliyevanın Azərbaycanda geniş yayılmış göz xəstəliklərindən traxomanın, həmçinin digər göz xəstəliklərinin öyrənilməsi istiqamətindəki fəaliyyəti danılmazdır:

“Bu qayğıkeş və nurlu insanın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olub. O, müasir Azərbaycanı dünya arenasına uğurla çıxaran şəxsiyyətin anasıdır. Zərifə Əliyevanın xatirəsi qəlbimizdə əbədi olaraq yaşayacaq”.

Qeyd edək ki, yüksək elmi nailiyyətlərinə görə akademik Zərifə Əliyeva 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Tibb elmləri doktoru, professor Zərifə Əliyeva 1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edib.

Nəzrin Vahid

Hiç yorum yok:

Yorum Gönder

Pages