Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşməyəcəyini deyib.
“Rusiya Federasiyasının prezidenti ilə ünsiyyət qurmaq heç bir halda mümkün deyil. Çünki o, sözünün üstündə durmur. Bizim ona qəti şəkildə etibarımız yoxdur”, - deyə Zelenski bildirib.
O vurğulayıb ki, diplomatik vasitələrin tətbiqinə başlamazdan əvvəl Rusiyanın Ukrayna ərazisini tərk etməsinə nail olmaq lazımdır.
Qeyd edək ki, daha əvvəl fevral ayında Parisdə keçirilən üçtərəfli görüşdə Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya ilə sülh danışıqlarına çağırıblar.
Hiç yorum yok:
Yorum Gönder