Yanlış əməliyyat olunan iki yaşlı Nurayın yardıma ehtiyacı var - FOTO



2 yaşlı Nurayın dəstəyinizə ehtiyacı var.

Bu barədə Bakmiltv. İnfo -ya onun anası Səfalə İsgəndərova məlumat verib.

O bildirib ki, övladı doğulandan ürək problemindən əziyyət çəkir.

“Nurayın ürəyində çirkli və təmiz qan qarışdığına görə, bir il öncə Bakıda açıq ürək əməliyyatı keçirib. Amma əməliyyatın heç bir müsbət təsiri olmadı. Yenidən həkimə müraciət edəndə isə bu dəfə Nurayın angioqrafiya əməliyyatı olunmalı olduğunu dedi. Bu əməliyyatı etməyə iki dəfə cəhd etsələr də, ikisində də uğursuz alındı”

Səfalə İsgəndərova bildirib ki, övladı hazırda Türkiyədə əməliyyat olunub.

“Biz Nurayın analizlərini Türkiyəyə göndərdik. Buradakı həkim bizim təcili Türkiyəyə gəlməli olduğumuzu dedi. Həkim Nurayı tam müayinə etdikdən sonra Nurayın əməliyyatının və müalicəsinin yanlış aparıldığını dedi. Hazırda Nuray burada ürəyində çirkli və təmiz qan qarışmasın deyə aparat taxılıb. Həkim isə hər altı aydan bir bura, müalicə və müayinəyə gəlməli olduğumuzu deyir”

Nurayın anası xəstəxana xərclərini qarşılamaq üçün 3 000 manata ehtiyacları olduğunu deyib.

“Hazırda Nuray əməliyyat olunsa da, bizim xəstəxanaya 3 000 manat borcumuz var. Bu məbləği qarşılamağa isə hazırda imkanımız çatmır. Nuray daha əvvəl yanlış əməliyyat olunmasa idi, bu məbləği özümüz qarşılaya bilərdik, amma hazırda bu, mümkün deyil. Yardımsevər şəxslərdən mənim övladıma bir daha dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: 051 506 62 35 (WhatsApp)

Bizimlə əlaqə saxlayın

Hiç yorum yok:

Yorum Gönder

Pages